Attestatla xarici universitetlərə qəbul olanların diplomlarının tanınacağına zəmanət vermirik - Təhsil Nazirliyindən xəbərdarlıq

10-08-2016, 15:24           
Attestatla xarici universitetlərə qəbul olanların diplomlarının tanınacağına zəmanət vermirik - Təhsil Nazirliyindən xəbərdarlıq
"Bəzi təhsil şirkətləri telekanallarda reklam aparır ki, attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verir. Bu, yanlışdır, bəyan edirik ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir: "Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru