Şad xəbər! Xərçəngin dərmanı tapıldı

12-08-2016, 07:41           

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına Universitetin professoru Halis Süleyman xərçəng xəstəliyinin dərmanını tapıb.

Türkiyə mətbuatının məlumatına görə, Ərzurum Atatürk Universitetində çalışan Həkim Halis Süleyman illərdir davam edən araşdırmasının nəticəsində mədə xərçəngi üçün dərman tapdığını bildirib. Halis Süleyman heyvanlar və xərçənglə bağlı araşdırma apardıqdan sonra mədə xərçənginin qarşısını yüzdə yüz alan dərman icad edib. Tibb dünyasında böyük dönüş yaradacaq bu kəşfin qaynağının nə olduğu açıqlanmır. Lakin deyilənə görə, bitkidən hazırlanmış bu dərmanın 1-2 il sonra insanlar üzərində sınaqdan keçiriləcəyi və tezliklə insanların istifadəsinə verilməsi planlaşdırılıb.

Kəşfi ilə bağlı həkim Halis bunları bildirib: "Əslində bu, bir bitkidi, ancaq adını hələ açıqlamırıq. Bu bitki heyvanlar üzərində sınaqdan keçirilib və xərçəngə qarşı təsirli olduğu aşkarlanıb. Bitkini qəbul edən heyvanların istər mədəsində, istər mədəaltı vəzisində olan bədxassəli şişin inkişafı dayanıb. Bitki xərçəng hüceyrələrini yüzdə yüz öldürür. Sağlam insan hüceyrlərinə toxunmur, yalnızca xərçəng hüceyrələrini məhv edir. Biz bu bitkinin faktor maddəsinin üzərindəki çalışmaları bitirdikdən sonra onu insanlar üzərində də sınaqdan keçirəcəyik".

İldə 1.5 milyon insanın təkcə mədə xərçəngindən öldüyünü deyən Halis Süleyman bu kəşfin yalnızca universiteti deyil, Türkiyəni də sağlamlıq sahəsində nömrə 1 edəcəyini düşünür.(qadınlar.biz)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru