MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədova qarşı ifadə verdi- EKSKLÜZİV

12-08-2016, 08:13           

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova istintaq tərəfindən dindirilib. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, xanım general istintaqa ifadəsində sabiq nazir Eldar Mahmudov və onun müavini olmuş Hilal Əsədovun əleyhinə ifadə verib. Belə ki, Nətavan Mürvətova rəisi olduğu idarənin vəzifəli şəxsləri qanunsuz dinləməsi barədə suallara cavab verərkən, tapşırığın nazir və onun müavini olmuş Hilal Əsədovdan aldığını deyib.
İşçilərinin bir-birinin ardınca Eldar Mahmudun üzünə dayanması isə yaxın perspektivdə həbsinin gözləniləcəyinə əsas verir. 11 il nazir olduğu dönəmdə ona etibar olunan vəzifədən sui-istifadə edərək, nazirliyi cinayətkar yuvasına çevirən Eldar Mahmudovun azadlıqda qalması cəmiyyətdə ciddi narazılıqla qarşılanmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru