Eldar Mahmudovun ailəsi ilə Qəbələ səfəri

14-08-2016, 10:04           
Eldar Mahmudovun ailəsi ilə Qəbələ səfəri
Keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudov barəsində Millətim.info-nun yaydığı məlumatlar təsdiqini tapır. Qeyd etmişdik ki, sabiq nazir artıq sərbəst həm paytaxtda, həm də digər bölqələrdə sərbəst hərəkət edə bilir. Onun hətta bir neçə gün xarici səfərdə olduğu da bildirilir. Ən maraqlı xəbəri isə ölkəmizin əsas istirahət məkanlarından sayılan Qəbələdən almışıq.
Məlumat verən mənbə Qəbələdə keçirilən 7-ci Beynəlxalq Musiqi Festifalını izlədiyini, bir həftə ərzində festivala tamaşa edənlər sırasında ölkənin tanınmış isimlərinin olduğunu qeyd edib. Onu təəccübləndirən isə keçirilən konsertlərdən birində Eldar Mahmudovla rastlaşmasıdır:”Gözlənilmədən qarşılaşdıq. Gözlərimə inana bilmədim. Bu Eldar Mahmudov idi, yanında da həyat yoldaşı. Əhval-ruhiyyəsi yüksək görünürdü. Məni təəccübləndirən bir də o idi ki, hamı E.Mahmudova hörmətlə yanaşırdı.”
Bunları məlumat verən və adının çəkilməsini istəməyən mənbə vurğulayıb. Çalışacagıq ki, E.Mahmudovun Qəbələ səfəri barədə daha ətraflı məlumat alaq.
cumhuriyyet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru