AYNA tənqidimizə cavabla bizi dolayıb - "Saatla deməkdənsə elə dəqiqə, saniyə ilədə deyə bilərdiniz... "

28-03-2024, 10:14           
AYNA tənqidimizə cavabla bizi dolayıb - "Saatla deməkdənsə elə dəqiqə, saniyə ilədə deyə bilərdiniz... "
Tənqidlərimizə cavab olaraq AYNA məlumat yayıb: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. “AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik - 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımına səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır”.
Dolayıblar bizi, əslində düz edirlər, onların vətəndaş qarşısında heç bir öhdəliyi, cavabdehliyi yoxdur. Allah qoymasa, güya, rəqəmləri “yumşaltmaq”, az göstərməyə, qəpik-qruşa çevirmək istəyiblər, amma ağlımızla, məntiqmizlə oynayırlar – yüksək tarifli aylıq ödənişi saata çevirib 20 qəpik olduğunu deyirlər, daha niyə utanırlar ki, lap irəli gedib rəqəmlərlə rəqs etməkdə davam etsinlər, desinlər ki, nə problem var, dəqiqəsi cəmi 0,33 qəpik edir, hətta saniəyə çevirsələr daha da qabağa düşərlər.
Hə, əsas səbəb kimi də deyiblər ki, yığdıqları xərclərini qarşılamır – belə açıqlama olur?! Elə bil kimsə deyir ki, qonşumun yanından çiban çıxıb deyə, mənim maşınımın təkəri buraxıb! Ay müəllimlər, o zaman deyin görək sizin günlük-aylıq yığdığınız pul nə qədərdir, günlük-aylıq xərciniz nəmənədir?! Yəni, belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox!
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.