“Kadırov o adamı şirə yedirtdi, qardaşının ölümündə əli var...” - SENSASİON FİLM
18-06-2024, 18:14
Rusiyada fəaliyyəti qadağan edilən “Proyekt” Çeçenistanın rəhbərinin ailə sirləri haqda sənədli filmi yaydı-elə iddialar var ki…
“Proyekt” nəşri iyunun 17-də Çeçenistan rəhbəri Ramzan Kadırov və ailəsi ilə bağlı araşdırma dərc edib. 2,5 saatdan çox davam edən sənədli film “Qətllər, azyaşlıların hərəmi və Ramzan Kadırovun varislərinin sirri” adlanır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, filmdə əvvəl Ramzanın atası Axmat Kadırovun Çeçenistanda hakimiyyətə gəlişindən bəhs edilir, 2004-cü ildə onun ölüm şəraiti ilə bağlı bir sıra suallar verilir, Kadırovun əleyhdarlarının və onların övladlarının qətlindən danışır.
“Projekt” araşdırmasında iddia edir ki, Kadırovlar ailəsi Çeçenistanda hakimiyyətə Federal Təhlükəsizlik Xidmətinin o zamankı rəhbərinin müavini German Uqryumov və “Lazan” cinayətkar qrupunun lideri Mövladi Atlangeriyevin dəstəyi ilə gəliblər. O zaman Çeçenistanın baş müftisi olan Axmat Kadırov Rusiya xüsusi xidmət orqanlarının şərtləri ilə razılaşıb. İddia olunur ki, onun razılığından sonra ona beş milyon dollar nağd pul və şəxsi istifadə üçün Soçidə bahalı ev verilib. Araşdırmada bildirirlər ki, Axmat Kadırov Çeçenistana rəhbərlik etməyə başladıqdan sonra onun FTX ilə danışıqlarda iştirak edənlərin əksəriyyəti müəmmalı şəkildə ölüb.
“Atlangeriyevin 2008-ci ildə Ramzan Kadırovun adamları tərəfindən qaçırıldığı və Çeçenistanda öldürüldüyü iddia edilir. 1999-cu ildə Kremlin məsləhətləşmələr apardığı tanınmış çeçenlərdən biri, iş adamı Ziya Bajayev qısa müddət sonra təyyarə qəzasında dünyasını dəyişib. Ramzan Kadırovun adamları keçmiş səhra komandirləri Ruslan və Sulim Yamadayev qardaşlarını qətlə yetiriblər, nəhayət, Putinin hakimiyyətə gələndən qısa müddət sonra German Uqryumov da qəflətən ölüb.
Həmçinin qeyd edir ki, 2004-cü il mayın 9-da Qroznıda Axmat Kadırova qarşı sui-qəsd təşkil oluna bilərdi. Həmin vaxt Çeçenistan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışan Ramzan Kadırovun atasının yanında olmadığı qeyd edilir. Naməlum səbəbdən o, Moskvada olub, Qroznıdakı partlayışdan dərhal sonra oradan xüsusi xidmət orqanlarının mühafizəsi altında Putinlə görüşmək üçün Kremlə aparılıb. İddia edilir ki, sui-qəsd cəhdindən bir qədər əvvəl Axmat Kadırovla Kreml arasında münasibətlər pisləşibmiş. Buna səbəb Moskvanın Çeçenistan neftinin satışından əldə olunan gəlirlərin Qroznıya köçürülməsindən imtina olub. Bu arada isə atasından fərqli olaraq Kremlin Ramzan Kadırovla münasibətləri yaxşılaşıb. Sui-qəsd günü Axmat Kadırovun təhlükəsizliyinə cavabdeh olan şəxslərdən biri Ramzan Kadırovun evindən saxladığı şirə yem edilib.
Araşdırmada daha bir diqqətçəkən hadisə haqda da danışılır. Atasının ölümündən üç həftə sonra Ramzan Kadırovun qardaşı Zəlimxanın kəskin ürək çatışmazlığından ölməsi də suallar doğurub. Mənbə iddia edir ki, qardaşlar daim münaqişədə olublar.
Araşdırmada Çeçenistanda büdcə pullarının oğurlanması sxemlərinin təfərrüatlarını da var. İddia edilir ki, Çeçenistanın büdcəsinə daxil olan federal vəsaitlər Kadırovun nəzarətində olan üç şirkət vasitəsilə çıxarılır – onların əsas hissəsi büdcə təşkilatları ilə bağlanmış müqavilələr əsasında silinir, sonra isə fərdi şəxslər vasitəsilə nağdlaşdırılır. Sxemdə iştirak edən şirkətlər “İzumrud”, “Benofon” və “Orbita”dır. Araşdırma müəlliflərinə görə, bu şirkətlər respublika rəhbərinin şəxsi pul kisələridir. İddia olunur ki, Çeçenistan rəhbəri xüsusilə büdcədən nağdlaşdırılan pulları azyaşlıların da olduğu şəxsi hərəmxanasının saxlanmasına xərcləyir. Ümumilikdə Kadırovun dörd fərqli qadından uşaqları olduğu iddia edilir.
Araşdırmada iddia edir ki, Boris Nemtsovun qətlini törədənlər 2015-ci ildə cinayəti törətməzdən əvvəl əlaqə saxladığı adamların Kadırovun “sağ əli”, Rusiya Qəhrəmanı və Dumanın deputatı Adam Delimxanovla əlaqəsi olub.
Kadırov və onun nümayəndələri araşdırmaya hələ ki, reaksiya verməyib. Rusiya hakimiyyəti daha əvvəl Vladimir Putin və onun yaxın ətrafı ilə bağlı araşdırma dərc edən “Proyekt”i “arzuolunmaz təşkilat” kimi tanıyıb.