Qərbə qarşı “bombardman” başladı – Putinin Asiyada qurduğu böyük koalisiyanın hədəfi

23-06-2024, 10:04           
Qərbə qarşı “bombardman” başladı –
"Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfəri Kremlin Ukraynadakı müharibə fonunda ümumi strateji məqsədlərini müəyyənləşdirən indikatordur”.
Bu sözləri "Globalinfo" ya siyasi analitik Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, Putin bununla Ukrayna və onun dəstəkçilərinin səylərinə qarşı Asiya regionunda alternativ koalisiya formalaşdırmaq planlarına işarə edir:
“Bu plan Cənubi Koreyanı bir qədər qorxuya salıb və Seul Ukraynaya yardım kampaniyası ilə bağlı qadağasına yenidən baxmaq barədə qərar qəbul edib. Cənubi Koreyanın bu qərarı Rusiya-Şimali Koreya Hərtərəfli strateji tərəfdaşlıq Sazişinə verilən müdafiə instinkti ilə bağlı cavabdır. Göründüyü kimi Ukraynadakı müharibə fonunda Asiyada koalisiyalar formalaşır ki, bu da yeni dünya nizamında güc balanslarını yerbəyer etmək baxımından strateji gedişlərdir.
Deməli, Putinin səfərləri Qərbin Ukraynaya dəstəyinə cavab olaraq Asiyada rəqabət meydanının fərqli bir dozada qızışa biləcəyinə üstüörtülü və ya açıq şəkildə işarələr verir. Ancaq regionda Rusiyanın Çindən xəbərsiz hansısa hərəkətlərə baş vuracağı istisna olunur, ona görə ki, Pekin qlobal nizamdakı daşlarını ağırlaşdırıb”.
Ekspert hesab edir ki, Putinin Şimali Koreya və Vyetnama səfərləri Rusiyanın strateji qələbə qazanmaq üçün narrativlərini qeyd edir:
“Bu əsnada Putinin Vyetnamda Qərbi yenidən nüvə şantajı ilə təhdid etməsi Kremlin Asiya üzərindən verdiyi mesajların tərkib hissəsi kimi başa düşülə bilər. Yəni budəfəki nüvə təhdidi əvvəlkindən bir qədər fərqlidir, mümkündür ki, Putin Asiya qitəsində Qərbin maraqlarına nüvə ritorikasını gücləndirməklə zərbə vurmaq planına vurğu edir.
Bu arada, ABŞ siyasəti hələ də Ukrayna qüvvələrinə Rusiya ərazisinin operativ və dərin arxa hissəsində ABŞ-ın verdiyi silahlarla hərbi hədəflərə zərbələr endirməsini qadağan edir”.
A.Kərimov hesab edir ki, Rusiya isə Ukrayna ilə danışıqları gündəmə gətirir, bu o deməkdir ki, Vaşinqtonla Moskva öz silahları ilə danışıqlar masasına əyləşib, Ukraynanın taleyini həll etməkdə həvəslidirlər:
“Ancaq ehtimal olunan danışıqlar Asiya üzrə maraqların zirvəsini əhatə etmir, bu baxımdan düşünürəm ki, pərdəarxası müzakirələrin məzmunu çox dərindir.
Ona görə də Putinin məlum səfərlərinin Rusiyanın Qərblə olan şaxtalı münasibətlərinə hansı hərarətlə təsir edəcəyini müəyyənləşdirmək asan deyil”.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.