Kimdir günahkar ?

23-06-2024, 10:54           
Kimdir günahkar ?
Ötən gün ADY elektrik enerjisinin kəsilməsi səbəbindən Ağstafa- Bakı qatarının Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən 2 saat yolda yubandığını yazıb.
ADY bununla bağlı açıqlama da yayıb. Kəskin istidə, diskomfort mühitdə bayram tətilindən dönən onlarla sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrıldığını yazıb.
Təsəvvür edirəm ki, bu istidə sərnişinlər nə çəkiblər, bayram tətilindən sonra Bakıya gətirdkləri ərzaq hansı vəziyyətə düşüb.
Maraqlı məqam odur ki, ADY-nin bununla bağlı olan Facebook paylaşımının altında hamı ADY-ni asıb kəsir. Yumşaq desəm bu, ədalətsizlikdir. ADY-ni sadəcə evakuasiyanı effektiv təşkil etməməkdə sorğulamaq olardı.
Amma heç kim qəzanın əsas səbəbkarının - Azərişıq-ın adını çəkməyib.
ADY isə birmənalı olaraq açıqlayıb ki, baş verənlər birbaşa Azərişıq-la bağlıdır.
Görən strateji bir sahədə, günün günorta çağı nədən belə hal baş verib ? Yenə də təkrarlana bilərmi? Təkrarlanmaması üçün hansı addımlar atılıb ?
Təəssüf ki Azərişıq-dan bununla bağlı açıqlamalar olmayıb. Media da deyən bunu sorğulamayıb.
Düşünürəm ki, strateji, kritik bir obyektin enerji sektorunda baş verən bu tip hadisələr ciddi araşdırılmalıdr.
Bu, təhlükəsizlik məsələsidir. Aidiyyatı qurumların da buna münasibət sərgiləməsi doğru və məntiqli olardı.
# İndi məlum olur ki, ADY enerjini Azərişıq-dan deyil , bir başa Azərenerji-dən alırmış.
Gərək ADY açıqlama verəndə bu məsələlərə bir qədər də konkret yanaşsın.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.