Parlament seçkilərində qeydə alınan partiyaların sayı 10-a çatdı - SİYAHI

7-07-2024, 00:17           
Parlament seçkilərində qeydə alınan partiyaların sayı 10-a çatdı - SİYAHI
Mərkəzi Seçki Komissiyasının (MSK) daha 7 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

AzFakt.com xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib.

Toplantıda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru