Polis seçkilər zamanı etiraz aksiyalarının iştirakçılarına qarşı sərt tədbirlərin görüləcəyini bildirib

11-07-2024, 11:58           
Polis seçkilər zamanı etiraz aksiyalarının iştirakçılarına qarşı sərt tədbirlərin görüləcəyini bildirib
Polis seçki ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək. Bunu iyulun 10-da daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavininin sözlərinə görə, seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiətilə aparılacaq.

“Seçki məntəqələrində qanunu pozanlar cəzalandırılacaq”, – öz növbəsində Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov bildirib.

Qeyd edək ki, son illərdə hakimiyyət vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalifətin mitinq keçirmək niyyətilə bağlı müraciətlərinə imtina cavabı verir.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru