FI Haniyənin ölümündə “Ənsar əl-Mehdi” xətti: Helikopter qəzasında ölən briqada komandirinin qisası alınıb? facebook » Tərəf - XOCANIN BLOGU

Haniyənin ölümündə “Ənsar əl-Mehdi” xətti: Helikopter qəzasında ölən briqada komandirinin qisası alınıb? facebook

5-08-2024, 11:56           
Haniyənin ölümündə “Ənsar əl-Mehdi” xətti: Helikopter qəzasında ölən briqada komandirinin qisası alınıb? facebook
HƏMAS lideri İsmayıl Haniyənin ölümü ətrafında müəmma davam edir. Tribunainfo.az xəbər verir ki, İran tərəfi artıq bu hadisə ilə bağlı 20-yə yaxın şəxsi həbs edib.
Onların arasında SEPAH nümayəndələri ilə yanaşı, maraqlı adalar da var. Belə ki, SEPAH-dakı üst düzey rəsmilərdən birinin açıqlamasına görə, Haniyənin ölümündə “Ənsar əl-Mehdi” briqadasının üzvləri də iştirak ediblər. Bu həmin briqadadır ki, SEPAH-ın tərkibində xüsusi elit qrup olmaqla yanaşı, həm də əksər məxfi əməliyyatları həyata keçirən hərbi qrupdur. Eyni zamanda, “Ənsar əl-Mehdi” briqadasının komandanı da İran prezidenti İbrahim Rəiisi ilə birlikdə qəza keçirən helikopterdə həlak olub.
Qeyd edək ki, “Ənsar əl-Mehdi” briqadası əsasən önəmli şəxslərin mühafizəsini də həyata keçirib. Məsələn, onların sonuncu görvlərindən biri İranın hazırkı prezidenti Məsud Pezeşkiyanın və HƏMAS lideri İsmayıl Həniyənin mühafizəsini təşkil etmək olub.
Həniyənin ölümündə bu briqadanın adının hallanması isə İranda bir sıra müzakirələrə yol açıb. Onlardan biri də “Ənsar əl-Mehdi” üzvlərinin helikopter qəzasında ölən komandirlərinin qisasını almasıdır. Belə ki, bəzi müşahidəçilər hesab edirlər ki, SEPAH-ın ən elit qanadının üzvlərinin komandirlərinin qəza nəticəsində ölümünə inanmadıqları üçün bu addımı ata bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru