Vəkillə təminatdan imtina qərardadı preyudisial akt sayılır (?) Hakimlər Konstitusiyaya tabedirlər, yoxsa Konstitusiya hakimlərə?

5-08-2024, 16:02           
Vəkillə təminatdan imtina qərardadı preyudisial akt sayılır (?) Hakimlər Konstitusiyaya tabedirlər, yoxsa Konstitusiya hakimlərə?
Azərbaycanda hakimlərin statusu Azərbaycan Respublikasının
Konstitusiyasının 127-ci maddəsi ilə bəlirlənib. Həmin maddəyə görə,
hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə
QƏRƏZSİZ, ƏDALƏTLƏ, tərəflərin hüquq BƏRABƏRLİYİNƏ, faktlara
əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və
hər hansı bir səbəbdən bilavasitə və ya dolayı yolla məhkəmə
icraatına MƏHDUDİYYƏT qoyulması, qanuna zidd təsir, hədə və
müdaxilə edilməsi YOLVERİLMƏZDİR.
Bu ölkədə ən yüksək hüquq qüvvəsinə malik olan qanunun –
Konstitusiyanın tələbidir, bəs bu tələbə hakimlər necə əməl edir? Bəri
başdan deyək ki, ölkədə vicdanlı, ədalətli, humanist, qərəzsiz hakimlər
yetərincədir. Di gəl, tam əks keyfiyyətə malik olanlar daha çoxdur.
Konstitusiyaya tabe olmalı olan hakimlərin Konstitusiyanı qərəzlərinə tabe
etmələri faktları, hətta hakimlərin özlərinin (?) MƏHKƏMƏ icraatına
MƏHDUDİYYƏT qoymaları məhkəmə aktları ilə sübut olunur.
İnanmırsınız?
Qısaca , eldə deyildiyi kimi, başımıza gələnlərdən başmaqçı olduğumuz bir
məhkəmə özbaşınalığını, qadağasını diqqətə çatdıraq. 12.12.2022-ci il
tarixli Bakı İnzibati Məhkəməsinin ( h. Orxan Həsənov) iki qərardadından
apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati
Kollegiyasının eyni heyəti ( Şərafət Məmmədova, Pərviz Hüseynov,
Cahangir Yusifov) iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin dövlət hesabına
vəkillə təminatı barədə ərizəsini 25.04.2023 tarixli qərardadla təmin
etməyib. Bu qərardadın Konstitusiyanın 60, 61-ci maddələri ilə təminat
verilən məhkəmə müdafiəsi, hüquqi yardım almaq hüququna qadağa
olması bir yana, artıq preyudisial akt qüvvəsindədir və Konstitusiyadan
da üstün presedent hüququ kimi tətbiq edilir. Bunu açıq mətnlə Bakı AM-in
İK-sının heyət sədri Şərafət Məmmədova 08.05.2024 tarixli məktubla
və bu günlərdə 31.07.2024 tarixli məktubla aparat rəhbərinin müavini
Nizami Hüseynov Məhkəmə Hüquq Şurasından gələn şikayətə
cavab olaraq bildirib(lər).
Konstitusiyaya hörmətsizliyə baxın, iddiaçı 1-ci dərəcəli Qarabağ əlili Bakı
AM-in İK-sının ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir
Yusifov ( 23.04.2024-cü ildə Mehriban Qarayeva ilə əvəzlənib)
23.04.2024 tarixli, 2-1(103)/1960/2024 saylı qərardadından öncə və
sonra 6 aydır məhkəmə tərkibinə etiraz, kassasiya şikayəti vermək
üçün dövlət hesabına vəkillə təminatına ərizə, iclasın
videokonfrans əlaqə sistemi vasitəsilə keçirməsinə vəsatət verir, 6
aydır cavab verilmir. Halbuki bu müraciətlərə məhkəmə aktı ilə cavab
verilməlidir. Məhkəmə Hüquq Şurasına şikayətə isə texniki aparat işçisi
cavab verir ki, bir il qabaqkı 25.04.2024 tarixli vəkil ayrılmasından
imtina haqqında qərardad qanuni qüvvəyə minib və hələ də
qüvvədədir. (?)
İndi söz Ali Məhkəmənin sədrində yox, Məhkəmə Hüquq Şurasının
sədrindədir. Belə məhkəmə təminatı, hüquqi yardım, özbaşınalıqdan
müdafiə və vicdanlı davranış hüququ ilə hansı hüquq və azadlığın
müdafiəsində.
Meğrub Bedelsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.