Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

8-08-2024, 09:38           
Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi
Tərəzidə nəyisə çəkmək, ümumiyyətlə nəyisə ölçmək həmişə "incə" məsələ olub
Azərişıq-ın sayğaclarının da düz işləməsini müəyyən etmək səlahiyyəti Antiinhisarın Metrologiya İnstitutuna verilib.
Bundan öncə də bununla bağlı Azərişıq-dakı laboratoriyanın idarəetməsi Azərbaycan Metrologiya İnstitutuna verilmişdi.
Beləliklə, elektrik sayğaclarının düzgün işləməsini, xətaların olmasını, təmirə cəlb edilməsini, kənar müdaxilələrin olmasını bundan sonra adı çəkilən qurum reallaşdıracaq.
Xatırladıram ki, ötən il Azəriqaz-ın da sayğaclarında oxşar işlərin görülməsi səlahiyyəti Azərbaycan Metrologiya İnstitutuna verilib.
Bir daha vurğulamaq istərdim ki , xidməti təqdim edən qurumdan fərqli olan başqa bir müstəqil quruma sayğacların keyfiyyətinə nəzarət funksiyasının verilməsi doğru yanaşmadır. Düşünürəm ki bu addım istehlakçıların və sahibkarlarln mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladıram ki ötən illərdə kommunal sektorda olan sayğacların düz işləməməsindən, vətəndaşlara istifadə etdiklərindən daha çox sərfiyyatın yazılmasından, bir sözlə bu sayğaclar vasitəsilə vətəndaşın "çəkidə aldadılmasından" şübhələnmək üçün bir xeyli əsaslar olmuşdu.
Lakin bütün bunları sübuta yetirmək mümkün olmamışdı.
Ümid edirəm bundan sonra kommunal sektorda xidmətin ölçülməsi prosesində problemlər öz həllini tapacaq.
Lakin əsas problem, Prezidentin fərmanlarında qeyd olunanlar hələlik reallaşmayıb.
Bütün təbii inhisarçılar sayğacları özləri gətirir, özləri sayğaclara müdaxilə edərək əlavə proqram təminatları yükləyir, sərfiyyatı özləri ölçür, informasiyaları özləri emal edir, billing proqramlarını özləri yazırlar , informasiya sistemlərini özləri qururlar və s.
Azəriqaz, Azərişıq və Azərsu-nun bütün sayğac əməliyatlarının, sayğac infomasiyalarının əldə edilməsi və emal olunması, hər üçünün vahid bir informasiya sistemində birləşdirilərək, vahid bir şəxsi kabinet formalaşdırılması məsələsi indiyədək öz həllini tapmayıb.
Yəni vətəndaşların və sahibkarın , yalnız bir pəncərədən, bir şəxsi kabinetdən istifadə edərək hər üç xidməti uzaqdan, onlayn idarə etməsi məsələsi hələlik reallaşmayıb.
Baxmayaraq ki, bununla bağlı Prezidentin göstərişləri olub.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.