Daha bir deputatlığa namizəd seçki qanununu pozdu

9-08-2024, 10:24           
Daha bir deputatlığa namizəd seçki qanununu pozdu
“Tərtərə gələn kimi YAP-ın deputatlığa namizədi Anar Məmmədovdan quş tutdum. Seçki təbliğatı avqustun 9-dan başlayır, Anar müəllim 8-indən təbliğata start verib. Tərtərin Borsunlu kəndidir”.

Bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

VII Çağırış Milli Məclisə keçirilən seçkilərdə isə təşviqat avqust ayının 9 da başlanır.

Anar Məmmədovdan öncə seçki qanunvericiliyinin tələblərini 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizəd Mircəlil Qasımlı pozub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru