Paşinyan Bakıya gələcək? - Yaxın günlərdə

11-08-2024, 10:04           
Paşinyan Bakıya gələcək? - Yaxın günlərdə
Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. O, işə qayıtdıqdan sonra hökumətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.

Hurriyyet.Az-ın məlumatına görə, bu barədə Ermənistanın "Joğovurd" qəzetində dərc edilən məqalədə bildirilir.

Qəzet hökumətinə yaxın mənbələrə istinadən yazır ki, Paşinyanın bir sıra məmurları işdən çıxaracağı və yenilərini təyin edəcəyi gözlənilir.

Nəşr, həmçinin bildirir ki, Paşinyan mətbuat konfransı keçirməyi, sülh müqaviləsi, konstitusiya dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələbləri barədə açıqlama verməyi planlaşdırır.

Məlumata görə, Ermənistanın Bakıda keçiriləcək COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə də yekun qərar verilməlidir.

Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib. /yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru