Aztelekom və Baktelecom-un indiki tariflərinə necə gəlib çıxmışıq ?

11-08-2024, 11:08           
Aztelekom və Baktelecom-un indiki tariflərinə necə gəlib çıxmışıq ?
Hökumətə təklif.
Aztelekom və Baktelecom 15 avqustdan başlayaraq indiyədək mövcud olan minimal tarifləri 40% qaldıracaq. İndiyədək minimal tariflər 15-18 manat (40 Mbit/s) olub.
İndi isə bu dövlət operatorları bütün ölkə boyu infrastruktur qurulandan sonra ölkənin ən ucqarlarına, 30 ildə internet olmayan ərazilərə də keyfiyyətli internet çəkib, amma dərhal da qiymətləri qaldıracaqlarını, minimal 25 manatdan 100 Mb/s verəcəklərini bildiribləır.
Təsəvvür edin, uzaq rayonun, uzaq bir kəndində, gündəlik ruzisini güclə çatdrıan, sahibkarlıqla və fermerlikılə məşğul olmayan, internetdən bəlkə də, şəhərlərdə təhsil alan övladı ilə əlaqə saxlamaq, yaxud da dövlət xidmətlərini almaq üçün istifadə edə biləcək birisinə 100 Mbit/s sürət təklif edəcəklər.
İndi bu yazıq kəndçi onun inkişafına və kommunikasiyasına müəyyən kömək ola biləcək internet üçün 25 manatı necə tapacaq, haradan çıxaracaq, nə qədər süd/şor satmalıdır, nə qədər pomidor/xiyar satmalıdır ki, ona gərəkli olmayan bu internet sürət üçün ödəniş etsin.
Maraqlı olacağını nəzərə alaraq Aztelekom və Baktelecom- un indiki tariflərə necə gəlib çıxdığı göstərmək istərdim :
Aztelekom və Baktelekom tarifləri :
2022-ci ilədək olan dövr
4 Mb/s - 10 manat
10 Mb/s - 12.5 manat
2022
15 Mbit/s - 15 manat
30 Mb/s - 18 manat
2023
40 Mbit/s – 18 manat
2024, 15 avqust
100 Mbit/s - 25 manat (elan ediblər)
Hökumətə təklifimiz.
Əlbəttə , biz RİNN tərəfindən, şəxsən nazir Rəşad Nəbiyevin səyləri ilə ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq istiqamətində nəhəng işlərin görülməsini təqdir edirik.
Hətta bu günlərdə mən bir toplantıda Prezident Adminsitrasiyası nümayəndəsindən xahiş etmişdim ki 30 ildə reallaşmayan bir işi daxili resurslarla görə bilən bir qurumun rəhbərinə gərək bir orden də verək.
Amma Nazirliyin operatorlarının indiki atdığı addımlar, infrastruktur qurulan anda ağına-bozuna baxmadan, tələbata baxmadan, hansısa dünya reytinqində irəliləmək xatirinə tarif siyasəti tətbiq etmək sadəcə ağlasığmazdır.
Cənablar , bu, heç bir halda doğru yanaşma deyil !
Xatırladıram ki , rəsmi statistikaya görə də ölkə əhalisinn təxminən yarısı kəndlərdə yaşayır.
Biz bir daha hökumətə müraciət edirik.
Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək.
İmkan verək ki kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər.
Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumət min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əıldə etsin, nəhayət regionlar da inkişaf etsin onda gəlin heç olmasa bir müddət KƏNDLƏRDƏ MİNİMAL İNTERNET TARİFLƏRİNƏ toxunmayaq.
Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın.
Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, bəlkə heç olmasa bu təkliflərə diqqət yetirə bilərlər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.