Məhkəmə Əli Kərimli barəsində verilən şikayətlə bağlı qərar qəbul edib - Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə...

13-08-2024, 12:10           
Məhkəmə Əli Kərimli barəsində verilən şikayətlə bağlı qərar qəbul edib -
Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə bağlı verilən şikayəti icraata götürməyib.

“Report” xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qeyd edək ki, Ə.Kərimli barəsində bir neçə gün əvvəl sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Əli Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru