Tramp X-də (Twitter) müsahibə verdi. amma...

14-08-2024, 09:37           
Tramp X-də (Twitter) müsahibə verdi. amma...
Özü də düz 2 saat.
Rusiya ilə mümkün razılaşmalardan danışdı;
Münaqişəni Baydenin qızışdırdığını iddia etdi;
Durmadan lənət yağdırdı ona.
Bir soruşan çıxmadı ki, bəs yaxşı, niyə öz prezidentliyin dövründə (2017-20) Rusiya ilə razılığa gəlmədin;
Bir deyən çıxmadı ki, Amerika silahlarının Ukraynaya ilk çatdırılması onun iqtidarı zamanı başladı axı;
Bir maraqlanan çıxmadı ki, niyə Ukraynanı Minsk razılaşmalarının qəbuluna məcbur etmədin...
Bunun əvəzində Trampa şərait yaradıldı ki, şəxsi qisasla məşğul olsun, Baydeni yıxıb sürüsün, oğlunu narkoman və deviant adlandırdı.
Belə aydın oldu ki, Trampın Ukrayna muharibəsi bağlı nə dişə çəkiləcək planı var, nə də deyiləsi sözü.
Tramp mitinqlərə çıxıb özündən cəmi 2 yaş böyük olan Baydenin yaşından danışırdı. Ancaq Baydenin prezident yarışmasından çəkilməsi ilə Trampın tutunacaq saman çöpü qalmadı. Meydan sulayan artıq demokratlar və onların namizədi Kamala Harrisdir...
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru