ABB-nin ZƏFƏR GÜNÜ ərməğanı: DİLƏNÇİ PAYI... - ALAÇİY İŞLƏR silsiləsindən...

Bu gün, 11:36           
ABB-nin ZƏFƏR GÜNÜ ərməğanı: DİLƏNÇİ PAYI... -
Keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra bir türlü özünü düzəldə bilməyən və ciddi şəkildə imic və reytinq sıxıntısı yaşayan ABB-yə - köhnə çağırımı Azərbaycan Beynəlxalq Bankı olan bu quruma bəsələnən etimadsızlıq münasibəti əslində, hansısa dönəmdə baş verən cinayətlər və bu cinayətlər səbəbindən həyata keçirilən kütləvi həbslər deyil. "DİA-AZ bildirir ki, bu gün ABB-nin fəaliyyətindən dolayı artan giley dolu etirazlar da təsdiqləyir ki, ABB-nin düzələn halı yoxdur və hələlik buna ümidlənməməliyik...

Əslində dövlət himayəsi altında olan bu bank daha uğurlu şəkildə fəaliyyət sərgiləyə, daha ciddi etimad qazana bilərdi. Amma maləsəf ki, bizdə DÖVLƏT HİMAYƏSİ altında daha çox TALANA, QARƏTƏ üstünlük verilir...

Bu dəfə ABB ilə bağlı diqqətimizi cəlb edən isə sözügedən bankın qarşıdan gələn ZƏFƏR GÜNÜ ilə bağlı elan etdiyi kampaniyadır. Bankın reklam çarxında deyilir: " "Zəfər" paketi ilə qazandığınız keşbek qədərində məbləğ ABB tərəfindən "YAŞAT" Fonduna ianə ediləcək".

Əslində gözəl təşəbbüsdür. Amma alaçiy olmasaydı... Aşağıdakı fotodan da aydın görünür ki, bankın bu səbəbdən təklif etdiyi keçbek faizlərinə yalnız bir ad vermək olar: DİLƏNÇİ PAYI...

Hər halda, ABB bunu nəzərə almalı idi... heç olmasa ZƏFƏR GÜNÜ-nə sayğı səbəbindən doğru-dürüst kampaniya həyata keçirərdi... Daha "xala xətrin qalmasın..." tərzində yox...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.