Feminizmin Görməzdən Gəldiyi Qadın İmtiyazları
2-11-2024, 17:39
Feminizmin başlanğıcından bəri feministlər patriarxatın onlara qarşı ayrı-seçkilik etdiyini davamlı və yüksək səslə iddia edirlər. Onları dinləsəniz, elə bilərlərsiniz ki, kişilər onlara əşya və ya qul kimi davranıblar. Lakin, indi görəcəyiniz kimi, bu sadəcə başqa bir mifdir.
Reallıq ondan ibarətdir ki, cəmiyyətdə qadınlar gender bərabərliyi müzakirəsində demək olar ki, heç vaxt qeyd edilməyən bir sıra sosial və mədəni imtiyazlara malikdirlər. İctimai yerlərdə, məsələn, avtobuslarda, qatar vaqonlarında və digər ictimai sahələrdə kişidən qadın üçün öz yerindən qalxması gözlənilir ki, o, ayaq üstə dayanmaq məcburiyyətində qalmasın. Lakin əksinə olduğu halda, yəni qadın oturanda, heç vaxt kişiyə yer verməsi gözlənilmir. Əgər kişi bunu etməsə, cəmiyyət bu kişini nəzakətsiz kimi qəbul edir.
Annie Pfost bunu 26 mart 2016-cı ildə Odyssey Online-da nəşr olunan "Ayağa Qalxan Kişilər Haradadır?" adlı məqaləsində göstərir. O, kişiləri utandırmağa çalışmadan birinci paraqrafı belə keçə bilmir. O yazır:
“Kişilər hələ də düşünürlər ki, onların yeri, rahatlığı və oturduqları yer qadınlarınkından daha vacibdir."
Qadınlar səyahət etdikdə, istər təyyarə, qatar, gəmi, ya da avtomobillə olsun, təxliyə və xilasetmə zamanı ön sıraya çəkilirlər. Bundan əlavə, fövqəladə hallar üçün təlimlərdə, hava yolları və sərnişin qatar şirkətləri kimi nəqliyyat təşkilatlarının ödənişli heyəti tez-tez qadınları kişilərdən üstün tutaraq xilas etmək və təxliyə etmək üçün təlim keçirlər.
Romantik münasibətlərdə isə vəziyyət daha da çətindir. Qadınlar yalnız kişilərin onlar üçün tam ödəməsini gözləyir, hətta bunu tələb edirlər. Əslində, əgər kişilər ödəniş etməzsə, cəmiyyət onları buna görə utandırır.
Bu bizi qadın imtiyazlarının növbəti sahəsinə - valideyn hüquqlarına aparır. Valideyn hüquqları mövzusu qadın imtiyazlarını çox aydın şəkildə göstərən azsaylı sahələrdən biridir. ABŞ-da qadın qanuni olaraq abort etmək, uşağı övladlığa vermək, onu tərk etmək və ya saxlamaq hüququna malikdir. Uşağın atası isə bu qərarlara təsir edə bilmir. Qarşı arqument olaraq qadının atanın razılığı olmadan uşağı övladlığa verə bilməyəcəyi iddiasını başa düşürəm. Ancaq əgər ana uşağın atasının kim olduğunu bilmədiyini iddia edərsə və hamiləliyi atasından gizlətsə, övladlığa vermə qanuni olaraq davam etdirilə bilər. Əslində, "safe-haven" qanunlarına görə, ana hamiləliyi atasından gizlədərsə, bir çox yurisdiksiyada uşağı xəstəxanaya və ya yanğın stansiyasına apararaq qanuni olaraq tərk edə bilər.
Bu mövzu ortaya çıxdıqda, feministlərdən adətən aldığım cavab belə olur:
"Yaxşı, axı onlar hər ikisi intim münasibət qurmağı seçdilər, ona görə də o(kişi) məsuliyyət daşımalıdır."
Bu cavab feministlərin özlərini tamamilə dərk etmədiklərini göstərir. İfadəyə bir daha baxın. "Onlar" intim münasibət qurmağı seçdilər. "O" məsuliyyət daşımalıdır. Feministlər heç vaxt qadının məsuliyyəti bölüşməsini müdafiə etmirlər. Onlar yalnız qadının qərarlarının nəticələri üçün çalışırlar, mənfi təsirlərinə baxmayaraq, kişilərin məsuliyyət daşımasını dəstəkləyirlər.
Sosial/güzgü
TEREF