İlham Əliyev 4 fərman, 3 sərəncam imzaladı - siyahı

5-10-2016, 10:07           

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməsi ilə bağlı fərman imzalayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

***

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il avqustun 7-də Bakı şəhərində Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətinə bildiriş göndərməlidir.

***

Azərbaycan prezidenti İlham Əliyev Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Ataşov Bəyalı Xanalı oğlu
Xəlifəzadə Çingiz Müzəffər oğlu

“Əməkdar müəllim”

Abdullayev Anzor Abuzər oğlu
Abdullayev İlqar Yusif oğlu
Ağasiyeva Gülnisə Rza qızı
Ağayeva Xuraman Müslüm qızı
Alıyeva Telli Mehralı qızı
Bayramova Gülnar Abbas qızı
Bayramova Zöhrəbanı Bayram qızı
Bədəlova Səkinə Qurban qızı
Cəfərli Kərim Süleyman oğlu
Cəfərov Dahid Vəli oğlu
Dadaşova Güllübəyim Bağır qızı
Dəyyanov Firdovsi Subhan oğlu
Əhmədov Mustafa Əhmədxan oğlu
Əhmədova Şəhla Novruz qızı
Əliyeva Hökümə Natiq qızı
Əliyeva Sevda Fərhad qızı
Əliyeva Səadət Həmzə qızı
Əliyeva Təranə Alı qızı
Əmirxanova Sədaqət Əmirxan qızı
Əyyubova İfadə Məhəbbət qızı
Hacıyeva Nurtəkin Etibar qızı
Haşımov Abdul Hacıbaba oğlu
Həşimova Təranə Ənvər qızı
Hüseynov Beytulla Seyfulla oğlu
Hüseynov İlham Heydər oğlu
Xudiyeva Rəhimə Nəriman qızı
İbrahimova Nailə Binnət qızı
İsayeva Hürubət Sərkər qızı
İsgəndərov Gülağa Mirzəağa oğlu
İsgəndərzadə Elçin Barat oğlu
İsmayılova Dilarə Əbdül qızı
İsmayılova Sədaqət Qeyrət qızı
İsmayılzadə Şəfa Nadir qızı
Kərimova Raziyyə Abdulla qızı
Qayıblı Nügbar Məcnun qızı
Qocayev Niftalı Mehralı oğlu
Quliyev Valeh Əvəz oğlu
Lətifova Tahirə Əliəsgər qızı
Mehran Əhməd qızı
Məmmədli Ələddin Qibləli oğlu
Məmmədov Həsən Qurban oğlu
Məmmədov Sabir Əbülfəz oğlu
Məmmədov Zahid Məhəmməd oğlu
Məmmədova Azadə Məmməd qızı
Məmmədova Gülçöhrə Mətləb qızı
Məmmədova Tamilla Əsgər qızı
Muradov Sədrəddin Murad oğlu
Muradova Gülnurə Turab qızı
Mustafa Şükür Əli oğlu
Rəcəbli Mehriban Heybət qızı
Rəhimova Məlahət Qiyas qızı
Saidova Qahirə Said qızı
Sədiyeva Ədalət Malik qızı
Səfərov Mahir Abbas oğlu
Şahbazov Rafət Məmmədəli oğlu
Şerbakova Lidiya Fyodorovna
Şıxəliyev Cəbrayıl Əli oğlu
Şirinli Məlahət Nadir qızı
Zəkiyeva Lətifə Mövlüd qızı

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Əliyev Vidadi Sanqam oğlu.

***

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilib:

Abbasova Arifə Akif qızı
Abbasova Təranə Fikrət qızı
Abdullayeva Zəhrəbəyim Murad qızı
Ağacanov Hikmət Camirzə oğlu
Ağayev Əhməd Hacı oğlu
Allahyarov Telman Calal oğlu
Aslan Zenfira Müzəffər qızı
Babayev Namik Həmdulla oğlu
Bağırov Rauf Şirəli oğlu
Bayramov Şərafət Təhmuraz oğlu
Bədəlov Qırxlar Şamil oğlu
Cabbarov Gündüz Əbülfəz oğlu
Dadaşova Razıgül Müseyib qızı
Əhmədov Elşən Nəsib oğlu
Əhmədova Naibə Əliağa qızı
Əliyeva Fəridə Ənvər qızı
Əliyeva Leyli Məhərrəm qızı
Əncümənnur Kəmalə İslam qızı
Əsədova Almas Həkim qızı
Əsədova Nəzakət Müseyib qızı
Əsgərova Nəzakət Zakir qızı
Fazilova Şəfəq Nadir qızı
Hacılı Sona Qənbər qızı
Hacızadə Gülcahan Abdulla qızı
Hümbətova Gülşən Kamran qızı
Hüseynova Gülnarə Tofiq qızı
Xudiyeva Xatirə Rafiq qızı
İbrahimova Fəxriyyə Ənvər qızı
İsmayılov Rafael Oruc oğlu
İsrafilova Qənimə Oruc qızı
Kərbalayeva Amənə Eldar qızı
Kərimova Dilşad Ədilağa qızı
Qasımova Qönçə Tofiq qızı
Qurbanov Səbuhi Yusif oğlu
Məhsimova Ayna Soltan qızı
Məmmədhəsənova Şəhla Əjdər qızı
Məmmədov Atəş Məmməd oğlu
Məmmədov Sahib Xanvələd oğlu
Məmmədova Fərqanə Şirindil qızı
Məmmədova Güntəkin Sabir qızı
Məmmədova Sənubər Abdulrəhim qızı
Mirzəyev Tofiq Əli oğlu
Mirzəyeva Şəhla Əli qızı
Muradov Rəhim Murad oğlu
Musayeva Sona İbrahim qızı
Nəsibov İmran Süleyman oğlu
Nəsirov Vüqar Hüseynağa oğlu
Nəsrullayeva Sitarə Mirqasım qızı
Pirimova Şəkər Rəhim qızı
Portnova Nadejda Petrovna
Rəhimova Elmira Əşrəf qızı
Rüstəmova Fəridə Həmid qızı
Rzayeva Esmira Rüstəm qızı
Seyidov Mirismayıl Mirrəfi oğlu
Şahbazova Gözəl Qadir qızı
Şahgəldiyeva Ədibə Səfər qızı
Şahgərdiyev Gürşad Bilal oğlu
Şərifov Elşad Əlikram oğlu
Tağıyeva Mehparə Xanəli qızı
Talıbova Pərvanə Şükür qızı
Zeynalova Məlahət Mikayıl qızı.

***

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət verilməsi səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirəcək:

- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

- ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

- ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

***

Azərbaycan Prezidenti İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərman Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən imzalanıb. Fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.

Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.

Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı

1. Azərbaycan Respublikasının vergilər naziri

2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

***

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.