MTN işində dönüş baş verib - Mahmudovun qohmları azadlıqda

7-10-2016, 10:43           
MTN işində dönüş baş verib - Mahmudovun qohmları azadlıqda
Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.
Təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.

Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

teref.az yazır ki, politika.az-ın araşdırması zamanı məlum olub ki, həbs edilən Fətulla Seyidov isə BTRİB-in sabiq rəisi, rabitə sektorunda ilk həbsi həyata keçirilən Beytulla Hüseynovla kirvədir.

F.Seyidov, eyni zamanda, BTRİB-in həbs edilən baş mühasibi Anar Mustafayevin də yaxın qohumudur. Anar Mustafayevin rabitədəki yüksəlişi də Nizami Telefon Qovşağının sabiq rəisinin sayəsində mümkün olub.

Bildirək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov Eldar Mahmudovun bibisi qızının həyat yoldaşıdır.

Beytulla Hüseynovun bir qardaşı Ramiz Hüseynov MTN-in Bilgəhdəki sanatoriyasının direktoru, digər qardaşı Xeyrulla Hüseynli Xətai Rayon İcra Hakimiyyəti Başçısının müavinidir.

Hər üç qardaş Eldar Mahmudovun himayəsi altında bu vəzifələrə təyin olunublar.
Ehtimala görə, Eldar Mahmudov Prezident və onun ailə üzvlərinin telefon danışıqlarının dinlənilməsində Beytulla Hüseynovun da yardımından istifadə edib.
Uzun illər Eldar Mahmudovun himayəsi altında olan B.Hüseynovun cəzasızlıq mühitindən istifadə edərək sözün əsl mənasında oliqarxa çevrildiyi bildirilir.
Onun Bakıda milyonluq obyektləri, özəl internet şirkəti (Bacısı oğlu Azər İbrahimov rəhbərlik edir), Türkiyədə Sədərək Gömrüyünü keçmiş müdiri Səfər Əliyevlə şərikli biznesi, o cümlədən Antalyada otel və tikinti biznesi olduğu deyilir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.