Cahangir Hacıyev son söz dedi: “Uzun müddət istintaqla əməkdaşlıq etdim”

10-10-2016, 15:26           
Cahangir Hacıyev son söz dedi: “Uzun müddət istintaqla əməkdaşlıq etdim”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Ibrahim Hüseynov son söz deyib.

O bildirib ki, ona qarşı verilən ittihamlar əsassızdır: "Heç bir mütəşəkkil dəstənin üzvü olmamışam. Beynəlxalq Bankın idarə etməsində iştirak etməmişəm. Yalnız bankın müqavilə əsasında mühafizəni təşkil etmişəm. Işim ondan ibarət olub ki, bankın obyektlərini qorumuşam, bütün materalların, avadanlıqların gətirilib-aparılmasına nəzarət etmişəm. Bununla bağlı bankın idarə heyətinin üzvlərinə hesabat vermişəm. İşçilərimin adına götürülən kreditlər layihədə xərclənib, yalnız faiz borcları qalıb.

Bizim mənimsəmək fikrimiz olsaydı bu kreditləri ödəməzdik. Məhkəmə və istintaq zamanı mənə verilən ittihamlar sübuta yetirilmədi. Barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Daha sonra digər təqsirləndirilən Cahangir Hacıyev son söz deyib: "Bir il beş aydır bu cinayət işi gedir. İstintaq dövründə mənimsəmə faktı sübuta yetirilməyib. 2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Həmin vaxt xaricdə idim. Cinayət törətmiş olsaydım xaricdə qalardım, daha Azərbaycana gələrək istintaq orqanını çağırışına getməzdim. gəlmişəm".

Cahangir Hacıyevin sözlərinə görə, mayın 2-də barəsində cinayət işi açılıb: "Uzun müddət istintaqla əməkdaşlıq etdim. Orda olan müstəntiqlərə bank işini öyrədirdim. Dekabr ayında barəmdə həbs qərarı çıxarıldı. Qanunsuz olaraq saxlanıldım. Cinayət işini baş mütəşəkkil idarəsinin aparması da absurddur. Çünki bank işini bu idarədə heç kim bilmirdi".

Cahangir Hacıyev deyib ki, onun müavini Emil Mustafayev onun barəsində şikayəti prokurorluğa yox, Daxili Işlər Nazirliyinə deyib: "Bu iş başdan ayağa qurama idi. Mən Azərbaycanın xarici iqtisadi əlaqələrində böyük rol oynamışam. Məsələn Rusiyanın böyük şirkəti olan Qazpromla müqavilə bağlamışam. Sonradan maliyyə nazirliyi bu işi pozdu, müqavilə ləğv olundu. Albaniyada olan zavodlarda beynəlxalq bankın sərməyaləri idi. Maliyyə nazirliyi bu işidə pozdu. 350 milyon ziyana getdik. Ümimiyətlə gördüyüm işlər göz qabağındadır. Buna görə fərəf hissi keçirirəm. Bu cinayət işi başlayandan sonra minlərlə adamın ölkədən çıxışına stop qoyulub. Nədi 500 dollar krediti var. Yaratdığımız iş yerləri bağlandı, minlərlə adam işsiz qaldı. Ailəmə qarşıda terror yaratdılar. Bacımın bu işə nə adiyyatı var ki, onunda ölkədən çıxışına qadağa qoyulub. Anam vəfat edəndən sonra vəsiyyətlə bağlı heç bir sənədi hüquqi qüvvəyə almırlar".

Cagangir Hacyev deyib ki Londona həyat yoıdaşının arxasınca əməliyyat qrupu göndərdilər: "Ittihamı böyük brtaniya interpolu qəbul etmədilər. Çünki əsassız idi". Cahangir Hacıyev bildirib ki, cinayət işi 21 cilddən ibarətdir, 38 nəfər əleyehinə ifadə verib, ekpertizalar keçirilib: "Amma ortalıqda bir dənə də olsun sübut yoxdur".

Cahangir Hacıyev çıxışında ailə üzvlərinə verilən təmənnasız kredit kartlarının verilməsindən danışıb: "Bununla bağlı ailəmin 48 milyon manat mənimsənilməsi göstərilib. Bu təyyarə bletlərinə, gözəllik salonlarına xərclənib. Günün 25 saatını təyyarə ilə uçasan ki, bu qədər pul mənimsəyəsən. Ailəmin xərclədiyi bütün bu pllar tərəfimdən ödənilib. Ittihamlar əsassızdır. Mənə qarşı haqsızlıqlar olub Cahangir Hacıyev bildirib ki, ittihamda verilən məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur: "Mən prokuror 17 il iş istəyib. 117 il iş verilsədə vecimə deyil. Amma yanımda çənim kimi günahsız adamlarada cəza istəyirlər. Bu haqsızlıqdır. 21-ci əsrdəyik, internet dövrüdür, otueub nəyisə araşdırmaq mümkündür".

Cahangir hacıyev daha sonra yenə də həyat yoldaşı Zamirə Hacıtevadan danışıb: "Hacı Məmmədovla Zakir Nəsirov məndən həyat yoldaşımın girovluqdan azad olunması üçün 20 milyon manat tələb edirdilər. Guya mənim milyonlarla pullarım, villalarım, təyyarələrim var. Bəzi saytlar bunu geniş işıqlandırıblar. Hanı həmin var-dövlətim?".

Sabiq bankir daha sonra çıxışında işin istintaqa qaytarılmasını, işi aparan prokuror, müstəntiqlər barəsində xüsusi qərardadlar çıxarılsın. O barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakimlər daha sonra hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Yaxın vaxtlarda məhkəmə hökm açıqlayacaq. Bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Cahangir Hacıyevin 17 il, Yusif Ələkbərovun 11 il, Anar Sultanovun 8 il, İlqar Abdullayevin 8 il, İbrahim Hüseynovun 11 il, Kənan Orucovun 8 il, Məmməd Cahangirovun 8 il, Azad Cavadovunun 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.