AzTV-nin müxbirindən ona atılan böhtanlara tutarlı cavab - VİDEO

10-10-2016, 22:02           
AzTV-nin müxbirindən ona atılan böhtanlara tutarlı cavab - VİDEO
Son günlər bir sıra saytlarda AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanova qarşı təxribat xarakterli məlumatlar yayılmaqdadır.

Avrasiya.net xəbər verir ki, M.Aslanov sosial səhifəsində haqqında yazılanlara sərt cavab verib. Cavabını olduğu kimi təqdim edirik:

Hörmətli dostlar! Nəzərinizə çatdırım ki, son günlər Azərbaycanın bir sıra saytlarında mənimlə bağlı yalan, iftira və uydurma məlumatlar dərc olunur. Məlumatda bildirilir ki, son illər Ukraynada oğurlanan və itkin duşən Azerbaycanlılar guya mənim qohum əqrabalarımdır. Hətta həmin anonimşiklər iddi edirlər ki, guya Ukraynada məni oğurlamaq istəyiblər və buna nail olmadıqları üçün mənim qohumlarımı oğurlayıblar.

Nə qədər bayağı və gülünc doğuran düşüncə tərzi. Əvvala, o iftira yazıda adları hallanan soydaşlarımız Gürcüstan vətəndaşıdırlar və onlar hazırda ailələri ilə birlikdədirlər. Məni burada ən çox üzən məsələ o deyil! Məni ən çox üzən və məyus edən məsələ odur ki ,son illər jurnalist adı ilə Ukraynada peyda olmuş bir sıra dırnaqarası jurnalistlərin qapı-qapı duşərək Azərbaycan diasporunu zinhara gətirməklə, əsl jurnalist adına, jurnalist ləyaqətinə ləkə vurmalarıdır. Əslində onları jurnalist yox, zurna-list, zor-nalist adlandırsaq daha yaxşı olar. Maraqlıdır ki, həmin zurnalistlər son illər Ukrayna və Ukraynadakı Azərbaycan disporu ilə bağlı silsilə yalan və uydurma məlumatlar yaymaqla, bulandırdıqları suda balıq tutmaq istəyirlər. Mən həmin zurnalistlərin nəzərinə çatdırmaq istəyirəm ki, mən Ukraynada cibimdə Qələm gəzdirirəm. Sizin kimi düşüb Ukraynadakı diasporumuzun həyət-bacalarında Ələm gəzdirmirəm. Və son olaraq bildirmək istəyirəm ki, təxmini o anonoim yazıların dırnaqarası müəlliflərini tanıyıram və onların adlarını məni feyzbukda zinhara gətirdikləri üçün qara siyahıya salmışam.

O ki, qaldı mənimlə bağlı bəzi saytlarda verilən böhtan və ifira dolu yazılara, bununla bağlı Azərbaycanın aidiyyəti orqanlarına müraciət etmişəm. Çox güman ki, bu günlərdə mənimlə və Ukraynadakı diasporumuzla bağlı yayılan iftira yazıların anonimşikləri bəlli olacaq və bundan sonra onların son illər Ukraynada çıxartdıqları yaramaz oyunlarla bağlı geniş məlumat veriləcək. Son olaraq üzümü Azərbaycandakı bəzi sayt rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu gün erməni kimi düşməni olan xalqaın övladlarının bir-biriləri haqda böhtan və iftira yaymaları ən azından mənəviyyatsızlıqdır.

Məlumat üçün xatırladıram ki, Ukraynada çalışdığım illərdə, Xocalı soyqrımı və Dağlıq Qarabağ hadisələri ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşıaısnda keçirilən çoxsaylı mitinq və etiraz aksiyalarının təşkilatçısı olmuşam. İndiyədək Ukrayna ilə bağlı Azərbaycan televiziyasında yüzlərlə reportajın, Ukrayna Milli televiziyasında Azərbaycanla bağlı 17 sənədli filmin ssenari müəllifiyəm. Onu da xatırladım ki, Ukrayna Milli televiziyasında 2 dəfə efirə gedən Qarabağ Tarixin Burulğanında sənədli filminə görə Ermənistan dövləti Ukrayna hökumətinə etiraz notası verib..! İndi həmin filmi sizə təqdim etməklə, mənim haqqımda yayılan şər və böhtan yazıların mühakiməsini sizin öz vicdanınıza buraxıram.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.