Rusiyanın məşhur blogeri Hacıbala Abutalıbovu yıxıb-sürüdü... - "Yəqin, Bakı meriyasından kimsə şəhəri piyada gəzməyib"

11-10-2016, 14:14           
Rusiyanın məşhur blogeri Hacıbala Abutalıbovu yıxıb-sürüdü... - "Yəqin, Bakı meriyasından kimsə şəhəri piyada gəzməyib"
"Bakı gözəl şəhərdir. Lakin yollarda nəqliyyat daha məntiqli şəkildə idarə olunmalı, piyadalar barədə daha ciddi düşünülməlidir".

Milli.az bildirir ki, Rusiyanın ən məşhur bloqerlərindən olan İlya Varlamov Bakı haqqında fotoreportajlar seriyasını bu sözlərlə başa vurub.

"Bakıda, deyəsən, piyadaların harada və necə gəzəcəyi barədə kimsə fikirləşmir. Yəqin, Bakı meriyasından kimsə şəhəri piyada gəzməyib. Piyada keçidlərinin tam əksəriyyəti əsla düşünülməmiş şəkildə hazırlanıb. Əksər yerlərdə isə ümumiyyətlə, piyada keçidləri yoxdur. Yəni yolu, hansısa Afrika ölkəsində olduğu kimi, qaçaraq keçmək gərəkdir. Özü də belə mənzərə şəhərin mərkəzindədir. Bakıda bu problemləri təcili həll etmək gərəkdir. Axı bu necə piyada keçidləridir belə?!" - İ.Varlamov yazıb.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru