Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC

Bu gün, 00:08           
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi. Bu təyinatdan sonra mediada A.Əliyevin dosyesi yayıldı. Məlum oldu ki, yeni nazir tanınmış alimin oğludur.

A.Əliyevin atası filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyevdir.

Bu məsələ ümumilikdə hökumət rəsmilərinin ailələrini yenidən gündəmə gətirdi.

Bəs başqa hansı tanınmış şəxsin övladı, atası hökumətdə yüksək vəzifə daşıyır?

Globalinfo.az həmin şəxslərdən bir neçəsini təqdim edir:

Maliyyə naziri Sahil Babayevin atası tanınmış polis polkovniki Rafiq Babayevdir. Uzun müddət Daxil İşlər Nazirliyi Pasport və Qeydiyyat İdarəsinin rəisi postunu tutan R.Babayev polis sistemində nüfuzlu şəxslərdən olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavinidir.

Ombudsman Səbinə Əliyeva tanınmış diplomat, mərhum Yaşar Əliyevin qızıdır. Eyni zamanda o, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır.

“Odlar Yurdu” Universitetinin rektoru, Azərbaycan Milli Məclisinin III və IV çağırış deputatı, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyevin oğlu Samir Vəliyev VII çağırış Milli Məclisin deputatıdır.

2016-2021-ci illərdə isə Prezidentin işlər idarəsinin müdiri vəzifəsini icra edən Oqtay Şahbazovun oğlu Pərviz Şahbazov energetika naziridir.

1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimidir.

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalı VII çağırış Milli Məclisin deputatıdır.

Vəzifəli şəxslər arasında qudalıq, başqa qohumluq əlaqələri də var. Əsasən köhnə hakim komandada da bu cür qohumluqlar yayğın idi. Onların istefasından sonra bu tendensiya xeyli azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.