“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 09:26
“Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur. Gədəbəy Mineral Suları MMC-nin baş direktoru Adil Haqverdiyevdir.
Qeyd edək ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.