Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Burdan öyrənin

16-10-2016, 13:19           

Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

teref.az-nun Fins.az-a istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün http://85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru