“AAAF Park”ın rəhbərliyini KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR? - Ramin Abdullayevin işçisi dövləti sabotaj edir...

Bu gün, 09:10           
“AAAF Park”ın rəhbərliyini KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR? -
"Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən tikili artıq bir neçə həftədir ki, medianın əsas diqqət mərkəzindədir. Tikinti ilə bağlı media orqanlarında kütləvi tənqidlər səslənlməkdədir. Heç bir əsası olmayan bu tənqidlər isə bir ünvandan qaynaqlanır – Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən..." Bu ilginc iddia "DİA-AZ"a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Öncə qeyd edək ki, “AAAF Park” kompleksinin girişində inşa edilən tikili medianın iddia etdiyinin əksinə olaraq tamamilə qanunidir. Bütün rəsmi icazələri mövcuddur. Yəni hanssıa qanunsuz, qaçaq tikilidən söhbət getmir. Ancaq bu tikilini qanunsuz kimi təqdim etməyə, bunun üzərindən ləyaqətli iş adamlarını gözdən salmaqda, onlara qarşı kampaniya aparmaqda maraqlı olan şəxslər var. Bu şəxslərdən biri Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin “dollar Cavid” adı ilə tanınan işçisidir.

Bu şəxs öz maddi maraqlarına görə mətbuatda əsassız yazılara rəvac verir, müxtəlif vəzifə sahiblərinə, iş adamlarına şər atır. Əslən paytaxta yaxın rayonlardan biri olan bu şəxs ona "görüm-baxım etməyən" iş adamlaırnı bu kimi kampaniyalarala gözdən salmağa çalışır. Yaxın günlərdə bu şəxsin kimliyi, tutduğu vəzifə, hansı məmurları medianın hədəfinə çevirdiyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək..."
TEREF olaraq adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.