Biznesmen-deputat niyə müstəqilliyə qarşı çıxıb? – İfşa
22-10-2016, 01:41
Deputat Hacı Madər Musayev özünü biabır edib
Politika.Az-ın xəbərinə görə, millət vəkili o vaxt niyə Müstəqillik Aktına imza atmamasından danışıb.
Onun sözlərinə görə, adı müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu ondan istəyib-istəmədiyini soruşmayıblar:
“Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?!
Əsarətdə yaşayan xalq necə müstəqilliyə yox deyə bilər ki! Bəlkə də, həmin ərəfələrdə söhbət əsnasında müstəqilliklə bağlı danışıqlar olub və mən də “Müstəqillik Aktına imza atmayacam” demişəm. Amma, konkret olaraq, “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”.
Deputatın bu açıqlaması özünü ifşa etməkdir. Sanki Hacı Madərə dəvətnamə göndərməli, ondan ayrılıqdan müstəqillik barədə soruşmalıydılar.
Halbuki, onun imzası məhz SSRİ-nin saxlanmasını istəyənlərin cərgəsində olub. Həmin vaxt müstəqillik Aktına imza atanlar olub və ortada siyahı var. Bu sırada Hacı Madərin adı yoxdursa, deməki müstəqilliyə qarşı çıxıb.
Millət vəkili özü açıqlamanın tən ortasında bir az da rüsvay edib. O, “bəlkə də “Müstəqillik Aktına imza atmayacam” demişəm. Amma, konkret olaraq, “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”.
Necə yəni bəlkə də?! Təbii ki deputat bu tarixi faktdan imtina edə bilməyib. Və onun adı müstəqillik əleyhinə gedənlər arasındadır. Əslində, burda qeyri-adi hal yoxdur. Hacı Madər indi də deputatdan çox, biznesmendir.
Politika.Az-ın verdiyi məlumatda Hacı Madərin millət vəkili kimi seçicilərini qane etmədiyi və yalnız mandatdan biznesinin toxunulmazlığını qoruması üçün istifadə etdiyi deyilir.
Bu seçkilərdə də öz biznesini inkişaf etdirmək üçün deputatlığa namizəd olması hacı Madərin seçiciləri tərəfindən narazılıqla qarşılanıb. Onlar məntəqələrə gedərkən bu namizədə səs verməyəcəklərini söyləyiblər.
Onun Binəqədidə bir sıra biznes sahələrinə sahib olduğu söylənilir. Bu baxımdan böyük bir marketlər şəbəkəsinin məhz deputata bağlı olduğu da iddialar sırasında yer alıb.
Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur. Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bir zamanlar Hacı Madər demişdi ki, deputatlıqdan həzz alır.