TÜRK BİRLİYİ ARXA PLANA KEÇİR? - Türkiyə, Pakistan, Azərbaycan ittifaqı YENİDƏN GÜNDƏMDƏ...

Bu gün, 07:34           
 TÜRK BİRLİYİ ARXA PLANA KEÇİR? -
"Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq."
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.
Ərdoğan Türkiyə ilə Pakistan arasında bütün sahələr üzrə anlayışın olduğunu, ölkəsinin Pakistanla ticarət, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a söyləyib ki, Türkiyə, Pakistan və Azərbaycan əlaqələri yaxın dostluq bağları ilə xarakterizə olunur:

"Hər iki qardaş ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan Pakistan və Türkiyə bütün məsələlərdə bir-birilərini dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsində Pakistan və Türkiyə haqlı mövqeyimizi birmənalı şəkildə dəstəkləməklə yanaşı həm də ölkəmizə açıq dəstəyini nümayiş etdirdilər. Azərbaycanın haqq işini müdafiə etdilər. Bu qardaşlığın əsl nümunəsidir. Qardaş ölkələr Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıblar, onu bir dövlət kimi tanımayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında dediyi fikirlər fundamental dəyərlərə, ölkələrimiz arasında qardaşlıq bağlarına söykənir. Prezident Ərdoğanın dediyi kimi, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaqlar. Əməkdaşlığımız bölgədə sülh və sabitliyə mühüm töhfələr verəcək. Hər üç ölkə hər mövzuda uyğunluq içində hərəkət etməkdədir. İnanırıq ki, bundan sonra da Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri əməkdaşlıq istiqamətində önəmli addımlar atacaqlar".

Deputat vurğulayıb ki, Şahbaz Şərifin Türkiyəyə səfəri iki ölkə arasında bütün sahələr üzrə mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində ciddi bir təkan olacaq:
"Müsbət məzmunlu münasibətlər iki ölkənin hüdudlarını aşmaqla qlobal problemlərin həllində birgə təşəbbüsləri əhatə edəcək. Ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələ isə mətbuat konfransı zamanı Azərbaycandan da söhbət açılmasıdır. Rəcəb Tayyip Ərdoğanın "İnşallah, Türk Cümhuriyyətləri, xüsusilə Azərbaycan, Pakistan və Türkiyə ilə əməkdaşlıqda yeni addımlar atacağıq" deməsi qürurvericidir. Bu gələcək layihələrə Azərbaycanın da daxil olmasına işarədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.