Soso Pavliaşvili xalq artistini təhqir etdi: - "Ermənilərlə yenə dostluq edəcəyəm"

25-10-2016, 19:12           
Soso Pavliaşvili xalq artistini təhqir etdi: - "Ermənilərlə yenə dostluq edəcəyəm"
Gürcü müğənni Soso Pavliaşvili xalq artisti Ramiz Fətəliyevin onunla bağlı dediyi sözlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, R.Fətəliyev açıqlamasında bildirmişdi ki, ifaçı Bakıya gəlişindən imtina etməlidir.

“Soso Qarabağ münaqişəsi zamanı Dağlıq Qarabağa gedən və konsert verən ilk ifaçıdır. Buna görə də Bakıda konsert vermək hüququ yoxdur” deyə, xalq artisti əlavə edib.

S.Pavliaşvili life.ru-ya açıqlamasında xalq artistini təhqir edib:

“Mənə görə narahat olmayın. Bu, boş-bekar adamların söhbətləridir. Onlara sümük ver, gəmirsinlər. Hər şey 1980-ci ilin sonunda, bir neçə eybəcərin bıçaq götürüb, qadın və uşaqları doğramasından sonra başladı. Bakıya gəlib-gəlməyəcəyimi həmin dramaturqdan soruşmayacağam, heç onu tanımıram da. Onu təbrik edirəm, indi məşhur olacaq. Buna görə qoy mənə bir şüşə konyak da bağışlasın. Onu öz konsertimə məmnuniyyətlə dəvət edirəm. Mən sülh adamıyam. İnsanlarla milliyətinə yox, davranışlarına görə dostluq edirəm. Bu qalmaqalçılat Qarabağı geri almaq istəyirlərsə, kəşfiyyat qrupu yaradıb, gedib alsınlar. Bunun əvəzinə isə onlar divanda əyləşib Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın geri qaytarılması bundan asılı deyil. Onu mən almamışam ki, geri də qaytarım. Məni harda gözləyirlərsə, ora gedib və oxuyacağam".

S.Pavliaşvili ermənilərlə dost olduğunu deyərək, onları müdafiə edib:

"Tez-tez mənə Bakıdan zəng vurub deyirlər: “Soso, biz sizin mahnılarınızı oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir”. Hər insan öz fikrini deməkdə sərbəstdir. Danışmaq istəyirsə, danışsın. Mən heç vaxt heç bir müharibəni başlatmamışam. Kimsə nəyisə alovlandırırsa, onu söndürməyə çalışmışam. Ermənilərlə dostluq etmişəm, edirəm, edəcəyəm də. Heç kimdən də buna görə icazə almayacağam. Tezliklə Bakıda böyük xeyriyyə tədbirimiz olacaq. Hamını ora dəvət edirəm. Gəlmək istəmirlərsə, onlara yüz il yaşamaq və uğurlar arzulayıram".

Qeyd edək ki, Soso Pavliaşvili bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.