Səhiyyəmiz MƏHVƏ GEDİR: "Dünyanın heç bir ölkəsində belə absurd sistem yoxdur!" - Professor OD PÜSKÜRDÜ

Dünən, 11:14           
Səhiyyəmiz MƏHVƏ GEDİR:
“Həkimlərə, müəllimlərə şamil olunan sertifikasiya imtahanları dünyanın heç bir yerində olmayan absurd sistemdir”.

Bu sözləri “Referans”-a açıqlamasında professor, tanınmış həkim Adil Qeybulla deyib.

“Azərbaycanda isə bu proses hələ də ətalətlə davam edir. Amma bu, yanlış prosesdir. Həkimlərin onsuz da ixtisası öyrənərkən verdikləri imtahanları bir də əlavə olaraq sertifikasiya adı ilə vermələri gülünc deyilmi? İkinci tərəfdən də imtina cəlb edilmə yalnız başqa ölkələrdən Azərbaycana gələn həkimlərə edilə bilər. Necə ki, Azərbaycanlı həkimlər başqa ölkələrə işləməyə gedərkən imtahan verirlərsə, eynən o şəkildə. Hazırda isə hamını ucdantutma imtahana cəlb ediblər. Təsəvvür edin ki, professor öz yazdığı kitabdan gedib imtahan verir. Belə absurd hadisələr heç vaxt Azərbaycan tarixində olmayıb. Buna ciddi yanaşmaq lazımdır”.
Professor qeyd edib ki, sertifikasiya sistemi yanlış və səhiyyə sferasının inkişafına mane olan bir prosesdir. Bunun əvəzinə Azərbaycanda akkreditasiya sistemi yaradılmalıdır.

“Akkreditasiya sistemində fəaliyyət göstərməli olan həkimə konkret bir sahə üzrə lisenziya verilməlir, onun bütün sənədləri yoxlanılır, baza tibb təhsili, rezidentura təhsili, digər bütün sənədlər yoxlanılır. Bundan sonra bir sahə üzrə fəaliyyət göstərmək üçün ona lisenziya verilir. Lisenziya vaxtı bitdikdən sonra, yəni 3-5 il müddətdən sonra həkim yenidən akkreditasiya olunur. Bu uzadılmanı etmək üçün həkimin həyata keçirdiyi əməliyyat sayı, sağaltdığı xəstələrin sayı, iştirak etdiyi konfransların sayı, təcrübə mübadilələri və s. nəzərə alınır. Bütün dünyada bu sistem belədir. Sivil qaydada qurulmuş sistem də daim inkişafa xidmət edir. Azərbaycanda isə təəssüflər olsun ki, hansısa koorparativ maraqlar buna imkan vermir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.