20 yaşlı Kənanın NASA boyda yalanı... - Hər kəsi necə aldatdı? +Video

1-11-2016, 16:26           

Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub. Gundelik-baku.com xəbər verir ki, Kənan AzərTac-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı “Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi. Bu gün isə AzərTac sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb. Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: “Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”.

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=52925
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir
[media=https://www.youtube.com/watch?v=yyumDfSC_Yw]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru