“Eldar Mahmudovun güdazına getdik” - 4 yaşını qeyd edən saytın rəhbəri

2-11-2016, 15:20           
“Eldar Mahmudovun güdazına getdik” - 4 yaşını qeyd edən saytın rəhbəri
Bu gün "Moderator” saytının 4 yaşı tamam olur.

Saytın baş redaktoru Zülfüqar HüseynzadəBakiPost.az-a açıqlamasında deyib ki, bu illər ərzində xeyli çətinliklərlə üzləşiblər: "Çoxsaylı təbriklərdə əsas tezis budur ki, yaşınızın az olmasına baxmayaraq, çox uzun məsafə qət etmisiniz. Amma onu da etiraf etməliyik ki, bu yol enişli-yoxuşlu, daşlı-kəsəkli olub. Təkcə Eldar Mahmudovun cinayətkar şəbəkəsinin məkrli ssenarisinin güdazına getməyimizi, saytın iki təsisçisindən birinin həbsə atılmasını, digərinin - bəndənizin yersiz dindirmələrdə iştirakı, hədə-qorxu gəlinməsi kimi olayları unutmamaq lazımdır”.

Baş redaktor hesab edir ki, sayt ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, əsas xəbər istehsalçısından biridir, cəmiyyətin bütün sferalarının zövqünə uyğun materalların təqdimatı var. Onun sözlərinə görə, ölkədə informasiya mühitinin formalaşamsında payı olan "Moderator”un maliyyə problemi var: "Bu gün ölkənin əsas elektron media quruluşlarının hələ də stabil maliyyə təminatı əldə edə bilməməsi çoxsaylı çətinliklər yaradır Ümid edirik ki, qəzetlərə sərgilənən səxavətin heç olmazsa yarısı da əsas informasiya daşıyıcısı olan elektron mediaya sərgilənəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru