NASA-dan yadplanetlilərlə bağlı şok açıqlama: “Varlığını bilirdik” - FOTO/VİDEO

3-11-2016, 20:21           

UFO ("Unidentified Flying Object") naməlum uçan obyekt deməkdir. Yadplanetlilərin varlığını təsdiqləyən və ya inkar edən hər hansı elmi açıqlama hələ də yoxdur. Ancaq bu barədə iddiaları olanlar onların dünyadan, Yer kürəsindən uzaqlarda yaşadıqlarını vurğulayırlar. UFO Azərbaycan dilində də daha çox uçan boşqab kimi ifadə olunur. UFO-larla bağlı görüntüləri və iddiaları araşdıran insanlara ufoloq, işin özünə isə ufologiya deyilir.

İnsanlara həmişə maraqlı olan UFO-lar və yadplanetlilər haqqında maraqlı məlumatları və faktları təqdim edir.

Yadplanetlilərlə ilk təmas quran insan...

Tarixin ən məşhur insanlarından olan və yadplanetlilərlə ilk təması yaradan polşalı professor Corc Adamskinin insana bənzəyən yadplanetlilər tərəfindən qaçırıldığı da iddia olunur.

Bu hadisə 1952-ci ilin sonlarında baş verib və beləcə yadplanetlilərlə insanlar arasında təmas başlayıb. 20 noyabr 1952-ci ildə Kaliforniyadakı Mohave səhrasına dostları ilə gəzməyə gedən C.Adamski hərbi reaktivlər tərəfindən təqib edilən boşqab şəklində bir cisim görüb.(musavat.com)

Cisimdən çıxan gümüş, disk şəklindəki bir vasitənin dayandıqları yerin bir az uzağına endiyini görən Adamski və yoldaşları diskin yanına getməyə qərar veriblər. Uçan dairənin endiyi yerə gedən Adamski, qəribə paltar geymiş bir "adam"ın ona yaxınlaşdığını görüb. Adamski, özü ilə telepatik olaraq ünsiyyət quran bu varlıqdan onların Veneradan gəldiklərini öyrənib.

Adamskinin yadplanetli varlıqlarla olan təması bu hadisədən sonra da davam etmiş, bu insan bənzəri varlıqlar Adamskini gəmilərinə alaraq kosmosa və Ayın qaranlıq üzünə aparıblar.

Ayda 9 saat qalan ilk adam...
NASA-dan yadplanetlilərlə bağlı şok açıqlama: “Varlığını bilirdik” - FOTO/VİDEO
24 iyul 2008-ci ildə “Apollo 14” kosmik gəmisi ilə aya gedən Dr. Edgar Mitchell yadplanetlilərin gerçək olduğunu və NASA-nın bunu xalqdan gizlətdiyini söyləyib. Mətbuata açıqlama verən amerikalı kosmonavt yadplanetlilərin düşmən olmadığını vurğulayıb. Ayın səthində 9 saat 17 dəqiqə gəzən və gəzdiyi yerlərdə qeydlər aparan Edgar, Ay üzərində ən çox gəzə bilən ilk insan olaraq, tarixə düşüb.

Yadplanetlilərin təsdiq olunan və olunmayan fiziki xüsusiyyətləri...

1. Bu varlıqların ortalama boyları 1.50 m, ən hündür olanları isə 2 metr olur.

2. Başları insan başına oxşasa da, bədən ölçülərinə uyğun olmur.

3. Gözləri normal insan gözündən bir neçə dəfə böyük və yetərincə uzağı görə bilmək qabiliyyətindədirlər.

4. Burunları gözə çarpmayacaq qədər kiçik, boğazları isə incədir.

5. Qolları nazik və uzun olur. Hətta dizlərinə qədər çatır.

6. Əllərində 4 barmaq, barmaqlardan ikisi də uzun olur. Bəzi iddialara görə, dırnaqları da olmur.

7. Yadplanetlilərin dişlərinin olub-olmadığı haqqında isə təsdiqini tapan məlumatlar hələ də yoxdur.

8. Cinsiyyət orqanlarının olması da elmi təsdiqini bu günə kimi tapmayıb. İddialara görə, klounlama və ya dünyada bilinməyən fərqli yöntəmlərlə çoxalırlar.

9. Bədənlərindəki qan insan qanından fərqli olaraq, rəngli qatı maye kimidir.

10. İndiki dövrə qədər ələ keçən yadplanetlilərin heç birində qida aşkarlanmayıb. Nə ilə qidalandıqları da məlum deyil.

Kosmik gəmi qəzaları, ölən kosmonavtlar...

1) “Apollo 1” - As-204

“Apollo1” ABŞ-ın kosmik gəmi lahiyəsi idi. AS-204 adlı,heyət üzvü 3 nəfərdən ibarət olan kosmik gəmi 27 yanvar 1967-cı ildə qəzaya uğrayıb. Qəza nəticəsində gəminin kapitanı Qrissom başda olmaqla, pilot və baş pilot ölüb. Qəza idarə sistemində çıxan yanğın nəticəsində baş verib. Nəticədə kosmonavtlar oksigen çatışmazlığından ölüblər.

“Kolumbiya STS-107” kosmik gəmi qəzası 1 fevral 2003-cü ildə baş verib.

Gəmidə 6-sıamerikalı 1-i israilli olmaqla, 7 kosmonavt enişə 16 dəqiqə qalmış qəzaya uğrayıblar. Qəzaya səbəb uçuş sırasında yanacaq çənindən qopan bir parçanın kosmik gəminin sol qanadına verdiyi zərər olub. Nəticədə kosmik gəmi göy üzündə partlayaraq parçalanıb.

3) “Soyuz 1”

Vladimir Mixailoviç Komarov Sovet kosmonavtı olub. 1960-cı ildə kosmosa gedəcək ilk Sovet kosmonavt qrupuna seçilib. 1964-cü ildə ilk uçuşunu uğurla həyata keçirib. Lakin döndükdən sonra ikinci uçuşu uğursuz alınıb. İdarə etdiyi “Soyuz 1” kosmik gəmi yerə çaxılıb. Nəticədə rusiyalı kosmonavt dünyasını dəyişib. Ən dəhşətlisi isə onun cəsədinin yanaraq quruması olub. Komarovun ölümündən sonra ona Sovet Qəhrəmanlıq medalı və Lenin ordeni ilə mükafatlandıraraq, küllərini Kremlin divarına dəfn etdilər.

4)Картинки по запросу Layka kosmos

Layka adlı it kosmosa gedən və orada ölən ilk heyvandır. Bəzi alimlər kosmosa insan göndərmək əvəzinə heyvanları göndərərək insanlı uçuşların qarşısını ala biləcəklərini düşünürdülər. Əsl adı Kudryavka olan bu it əlavə olaraq, daha iki itlə birlikdə təlim keçdikdən sonra 1957-ci il oktyabrın 3-də kosmosa göndərilib. Uçuş “Sputnik-2” adlı kosmik gəmi ilə həyata keçirilib.

İddialara görə, itin ölməsinə səbəb raketlə kosmik gəminin ayrılması sırasında meydana gələn istiliyin gəminin içərisində həddindən artıq yüksək temperatur yaratması olub. Ölümün gerçək səbəbi və zamanı isə 2002-ci ilə kimi açıqlanmayıb. Qeyd edək ki, 2008-ci ildə kosmonavtlar günü münasibəti ilə Laykanın şərəfinə Moskvada heykəl inşa edilib.

5) “Challenger”

Amerikalı kosmonavt Christa McAuliffe tarixin, uçuş sırasında ən tez dünyasını dəyişən kosmonavtları arasındadır. Gənc vaxtlarında Astrologiya müəlliməsi işləyən amerikalı qadın kosmosa getməyi qarşısına məqsəd qoyubmuş. 1985-ci ildə “Kosmosda müəllimə” layihəsi çərçivəsində NASA kosmonavtı seçilib. 1986-cı ildə isə “Challenger” kosmik gəmisi ilə ilk uçuşunu həyata keçirən qadın kosmonavt elə uçuş sırasında da ölüb. Ölümünə səbəb kosmik gəminin uçuş sırasında partlaması olub. Kosmik gəmi havaya buraxıldıqdan 78 saniyə sonra partlayaraq parçalanıb.

6) Kosmosda Azan səsi:

Bəzi iddialara görə, Ayın qaranlıq və Yer kürəsindən görünməyən hissəsində maraqlı və sirli məlumatlar mövcuddur. Elə məlumatlar da var ki, onları NASA gizlədir.

Neil Armstrong ilk dəfə Aya gedən insandır. O, döndükdən sonra Aydakı təəssüratıarını bu cür ifadə edib: "Mən Ayın Yer kürəsindən görsənməyən hissəsinə getdim. Orada mən Azan səsi eşitdim. Qulaqlarıma inanmadım, amma bu səsi neçə dəfə eşitdim. Yer kürəsinə qayıdanda bunu az adam bilirdi. Uzun müddətdən sonra ilk dəfə müsəlman ölkəsinə - Misirə konfransa getdim. Mən orada Azan səsi eşitdim, mən bu səsi Ayda olan zaman eşitdiyimi xatırladım və oradakılardan bunun nə olduğunu soruşdum. Onlar isə bunun Azan olduğunu dedilər. Mən onda bildim ki, Ayda eşitdiyim səs Azandır, məni qəribə xoş hiss bürüdü və mən müsəlmanlığı qəbul etdim".

İddialara görə aydan başqa kainatda da azan səsi eşitmək mümkündür, NASAda elə məlumatlar var ki, gizli saxlayır.

Yadplanetlilərin ən çox göründüyü yerlər:

1) Roma: San-Clemente

1990-cı illərdən etibarən Romada yerləşən San Clemente ərazisində yadplanetlilər tez-tez görünməyə başlayıb. Bu barədə polisə hər həftə əhali tərəfindən zənglər gəlirmiş.

Bu bölgəyə bu qədər çox UFO-nun gəlməsinin səbəbi hələ də bilinmir, həmçinin bölgə minlərlə turist tərəfindən ziyarət edilir.

2) Bonnybridge, Şotlandiya

Bonnybridge, Şotlandiyanın ən böyük şəhərlərindən biri olan Glasgonun bir az xaricində olan bir bölgədir. 1992-ci ildə James Walker adında bir adam, polislərə yol kənarında çox yaxından uçan ulduz şəklində işıqlı bir UFO gördüyünü xəbərini verib. Şotlandiya hökuməti bu hadisədən sonra təxminən buna bənzər 300 UFO xəbəri alıb. Bu günə kimi də həmin ərazidə yaplanetlilərin UFO-ları görülməkdədir.

3) Avstraliyanın Wycliffe bölgəsi

Avstraliyanın Wycliffe bölgəsi UFO-ların görülmə sayına görə dünyada 5-ci yerdədir. Bura olduqca kiçik bir bölgədir. UFO görən insanların da izah etdikləri həmişə məzmunca eynidir. Bu səbəblə də bir çox restoran və ərazinin içində yadplanetlilərlə bağlı bildiriş plakatları var. Hətta gecə bu bölgədə diqqətli baxıldığında UFO görmək çox asandır.

4) WARMINSTER, İngiltərə

Bölgədəki əkin yerlərinin naxış kimi biçilməsi əhali tərəfindən təəccüblə qarşılanmışdı. Daha sonra 1960-ci ildən etibarən qəribə parlayan işıqlar səmada görülməyə başlayıb. Yerli UFO həvəskarları ən çox bölgədəki Cley təpəsi adlı sahəyə gedirlər. Bu bölgəyə yaxın bir yerdə UFO-ların stansiya mərkəzi olduğu da iddia olunur.

5) Elk River, Minnesota

Elk River Vaşinqtona yaxın, 23 min əhalisi olan kiçik bir qəsəbədir. UFO-lar haqqında 1960-ci ildən başlayan xəbərlər 1990-ci ilə qədər davam edib. Bu mövzuda bir çox UFO konfransı keçirilib. Elk River qəsəbəsinin sakinləri də bu günə kimi UFO görməkdədirlər.

6) M-Üçbucaq, Rusiya;

Rusiyanın bu bölgəsində yadplanetlilərlə yaxın təmas qurmaq mümkündür. Rus kəşfiyyatı bu bölgədə yerləşib. Bu səbəblə Rusiya hökuməti UFO ilə bağlı iddiaları qəbul etmir. Lakin yerli əhali bunun doğru olmadığını söyləyir. Ərazidə UFO-ların göründüklərini iddia edirlər.

7) Colares adası, Braziliya

Braziliyanın Colares adasında 1977-ci ildə yerli əhali bölgənin 3 ay boyunca yadplanetlilər tərəfindən zəbt edildiyini söyləyiblər. Adada yaşayanlar gördükləri qəribə işıqların yüksək dərəcədə istilik olduğunu izah ediblər. Hətta bir çox ada sakini evini tərk edib. Bölgəyə bir çox əsgər göndərilib. 1977-ci ildən sonra da bu bölgədə UFO-lar görülməkdədir.

8) Phoenix və Sedona, Arizona

Arizonanın Phoenix bölgəsində yalnız mart aylarında UFO-lar görünür. Bunun səbəbi isə indiyə kimi məlum deyil. Minlərlə insan bu bölgədə UFO işıqlarını gördüklərini söyləyir. Məşhur ufoloq Kim Carlsberg bölgədə uzun illər araşdırma aparıb. Carlsberg, xüsusi bir monitor ilə səmanı araşdırdığında rəngli işıqların atmosferə daxil olduğunu söyləyib. Hələ də bir çox araşdırmaçı bölgədə araşdırma aparmaqdadır.

KOSMOS haqqında bilinməyən maraqlı və sirli FAKTLAR:

1. Bir ulduzun nüvəsindəki istilik 16 milyon selsi dərəcəyə qədər çıxa bilir. Bu istilikdəki 1 toz parçası 150 kilometr uzaqlıqdan bir insanı öldürməyə kifayət edir.

2. Yupiterin üzərindəki 40 min kilometrlik böyük qırmızı sahə 200 ildir ki, böyüyən bir fırtınadır. Bu sahə nə az, nə çox dünyanın 3 qatı deməkdir.

3. Ayda atmosfer olmadığından 1969-cu ildə Aya gedən “Apollo 11”-in kapitanının ayaq izləri bu günə kimi ayın səthində qalmaqdadır.

4. Mars Günəş sisteminin ən böyük yanar dağına sahibdir. Marsdakı “Olimpus” vulkanı 21 kilometr yüksəkliyə, 60 kilometr genişliyə malikdir.

5. Yupiter Günəş sistemindəki bütün planetlərdən 2,5 dəfə böyükdür.

6. Fotonların (Elektromaqnit sahələri) Günəş ətrafında 1 dövrə etməsi üçün 170 min il vaxt lazımdır.

7. Bir çox insan göy üzündə yalnız bir Ayın olduğunu düşünür. Lakin "Cruithne" adlı 2-ci Ay da dünya ətrafında dönməkdədir.

8. Günəş sistemindəki bütün planetlər Yer ilə Ay arasındakı məsafəyə sığa bilər.

9. Kosmonavtların Aya yerləşdirdikləri xüsusi bir güzgü, alimlərin Ay ilə Yer arasındakı məsafəni doğru ölçməyə imkan verir.

10. Günəş Yer kürəsindən tam 300 min dəfə böyükdür.

11. Bir çay qaşığına sığan Neytron ulduzunun ağırlığı 10 milyon tondur.

NASA-nın 46 il gizlədiyi səs yazıları və paralel həyatın olması barədə rəsmi etiraf...

Hər kəsə məlumdur ki, NASA kosmosla və yadplanetlilərlə bağlı bu günə kimi bir çox şeyi gizlədir və hələ də gizlətməkdədir. Bu ilin fevral ayında 1969-cu ildə “Apollo 10”-un kapitanının danışdıqları və kosmosda eşitdiyi səslər yayımlanıb. Onlar kosmosda musiqi və fit səsləri eşitdiklərini söyləyiblər.

Bir neçə gün öncə də Rusiya KİV-lərində NASAnın yaydığı açıqlama dünyanın gündəmi olub. NASAnın mətbuat katibi Triş Çemberson onların yapdlanetlilər haqqında uzun müddətdir xeyli məlumatlara sahib olduğunu bildirib.

Bu məlumatları dünya sakinlərindən gizlətməklərinin səbəbi isə dünya əhalisinə mənfi təsirlərin olacağı kimi əsas gətirib:

"Biz bunu dünya sakinlərindən gizlətdiyimiz üçün üzr istəyirik. Yadplanetlilərin var olduğunu çoxdan bilirdik. Onların ayın arxa tərəfində 10 bazaları var. Bu varlıqlar artıq Yupiteri də mənimsəməyə başlayıblar. Bunu sübut edəcək faktlarımız var. Bütün bunlara baxmayaraq onlar çox sakit və əziz varlıqlardır. Onlar bizim nüvə silahından həmişə sikayətlənirlər. Baş verəcək partlayışın paralel olaraq bütün dünyaya təsir edəcəyini deyirlər.

[media=https://www.youtube.com/watch?v=gqI0t4XJHj0]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.