Türkiyəli iş adamından vicdan dərsi - Restoranında Qarabağ qazi və şəhid ailələrindən hesab alınmır!
5-11-2016, 12:42
Nərimanov rayon Əhməd Rəcəbli küçəsində yerləşən “Riva” restoranında Qarabağ qazilərindən və şəhid ailələrindən verilən yeməklərin hesabı alınmır. Adının çəkilməsini istəməyən türk vətəndaşına məxsus restoranda artıq bu ənənə beş ildən çoxdur ki, davam edir.
Moderator.az-ın əməkdaşı bu gün təsadüfən həmin restoranda olub və məsələylə bağlı restoran sahibi ilə görüşüb. Restoran sahibi bildirib ki, restoranda Qarabağ qaziləri və şəhid ailələrindən başqa imkanı olmayan kimsəsiz müştərilərdən də hesab alınmır. Restoranın bir neçə pulsuz yemək yeyən gündəlik müştəriləri var ki, onlar restorana yaxınlaşıb rahatlıqla yemək yeyib gedirlər. Qarabağ qaziləri və şəhid ailələrinə qarşı bu diqqəti isə ürək ağrısı ilə qeyd edən türk iş adamı bildirib ki, uzun zamandır ki, Bakıda yaşayır və Qarabağın işğalına görə həmişə ürək ağrısı keçirir. İş adamı tezliklə Qarabağın azad olunması arzusunda oluğunu bildirib.