MTN bank müdirinin 600 minini necə əlindən alıb?- “TEXNİKABANK”IN FİLİAL MÜDİRİNİN BAŞINA GƏLƏNLƏR
15-01-2017, 09:23
Eldar Mahmudovun həbsdə olan cinayətkar qruplaşmasının məhkəməsi başlayan üzvlərinin törətdiyi tükürpədici cinayətlərin ictimailəşməsi davam edir. Gununsesi.info bu dəfə eksklüziv olaraq MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun ittiham aktından bir epizad üzrə faktı təqdim edir.
Belə ki, Vüsal Ələkbərova verilən ittihamlara görə, cinayət işi üzrə zərərçəkən şəxs kimi tanınan “Texnikabank” Sumqayıt filialının müdiri Salahov Müsənnif Hilal oğlundan 600 min manat rüşvət alıblar.
Olay isə belə baş verib:
“Texnikabank”ın sahibi Etibar Əliyevin MTN tərəfindən həbsindən sonra bir qrup MTN əməkdaşı banka gedərək, Müsənnif Salahovu nazirliyə aparıb. MTN-nə aparılan filial müdirini istintaq qrupunun rəhbəri Vüsal Ələkbərov qəbul edib. Bir neçə saat Vüsal Ələkbərovun otağında qalan Müsənnif Salahovu sonradan İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevin yanına aparıblar.
Filial müdirini otağında qarşılayan Təhsin Ağayev “Etibarla birləşib bankı talamısınız” deyə ona “Bilirsən də hardasan, 300 min manat” deyə rüşvət tələb edib. Bundan sonra Vüsal Ələkbərov fililal müdirinə “ya pulu ver, ya da həbsi seç” deyə ona seçim təklif edib.
Bu söhbətdən sonra Müsənnif Salahov pul gətirməsi üçün sərbəst buraxsılıb. Evə qayıtdıqdan iki həftə sonra İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayev özünün 050 21165.. Vüsal Ələkbərov isə 05035401.. nömrəli telefonuyla filial müdirinə zəng edib, pulu tələb ediblər. Həbsə girmək qorxusu ilə yaşayan Müsənnif Salahov təzyiqlərə,hədələrə məruz qalaraq bacanağından 150 min pul götürüb. Bundan başqa evindəki qızıl-zinət əşyalarını sataraq 50 min manat düzəldib. Beləliklə, 200 min manat düzəldə bilən Müsənnif Salahov Təhsin Ağayevə pulu verib.
Lakin Təhsin Ağayev və Vüsal Ələkbərov ondan tələb olunan 300 minin 600 minə qalxdığını deyib. Səbəb kimi isə Müsənnif Salahovun çoxsaylı obyektlərinin üzə çıxdığını göstərib.
Artıq həbs təhlükəsinin üzləşdiyini görən filial müdiri çoxsaylı qohum və yaxınlarından toplayaraq, 600 min manatı düzəldib.
MTN-nin dağılmasından sonra zərərçəkən kimi prokurorluğa şikayət edən Müsənnif Salahov hazırda borc içində olduğunu iddia edib.
Maraqlıdır ki, İstintaq Baş İdarəsindən Vüsal Ələkbərova bu uş üzrə ittiham elan olunsa da nədənsə pulu alan Təhsin Ağayev azadlıqdadır.
Hansı ki, Təhsin Ağayev Eldar Mahmudovun cinayətkar dəstəsinin əsas simalarından biri olub.