Ehtiyatlı olun,“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı

18-01-2017, 00:15           

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

İKT.lent.az-ın “Tech Times” nəşrinə istinadən məlumata görə, artıq onlar ziyanverici proqramı yükləyərək və onu 13 dosta göndərməklə pulsuz internet təklif edirlər.

Fırıldaqçılar messencerin tərtibatçılara guya rəsmən “WhatsApp” tərəfindən yayılmış məhsulu təqdim edirlər. İstifadəçilərə göndərilən məlumatda isə ziyanverici məhsula keçid mövcuddur. Onun cihaza yüklənməsi zamanı virus düşür və bu virus bütün şəxsi məlumatları ələ keçirir. İstifadəçiyə isə pulsuz internet veriləcəyi söz verilir ki, guya bu interneti də yeni “inqlilabi” proqramda əldə etmək mümkündür.

“Tech Times” nəşri materialı messencerin tərtibatçılarına istinadən dərc edib. Mətndə deyilir ki, fırıldaqçılar kənar resursdan istifadə ediblər ki, bu da dizaynına görə “WhatsApp”ın rəsmi saytını xatırladır. Tərtibatçılar əsas diqqəti ona cəlb edir ki, onlar heç bir “inqilabi” proqramı sınaqdan keçirmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru