“10 yaşlı Nuray” qalmaqalının arxasında “sürpriz” məmur adları - YENİ FAKTLAR
18-01-2017, 10:51
10 Yaşlı Nuray Bayramzadənin Quba rayon məhkəməsinin icraçıları tərəfindən kobudluq edilməsi ölkədə geniş rezonansa səbəb oldu.
Mediafax.Az-a bu işin qaranlıq tərəfləri məlum olub.
Nuray Bayramzadənin atası Əvəz Bayramovun iddiası illərdir təmin olunmurmuş. Bütün bunlar isə Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları Baş idarəsinin keçmiş rəisi Xanlar Zeynalovun dövründə baş verib.
Daha sonra Xanlar Zeynalov tutduğu vəzifədən azad olunaraq, sərəncama göndərilib.
Bu vəzifəsinin icrası isə müvəqqəti olaraq Nurəddin Mustafayevə həvalə olunub.
Köhnə rəis yenini "vurmaq" üçün bu yola əl atıb.
Bununla da Xanlar Zeynalov məhkəmə qərarlarının icrası baxımından vəziyyətin bərbad olduğunu göstərmək üçün zavallı qızcığazdan istifadə edir. Burda isə ona Sumqayıtın keçmiş prokuroru olan qardaşı Dağbəyi Zeynalov kömək edir. Burada Dağbəyi Zeynalova yaxınlığı ilə seçilən və Nurayın xalası Mehriban Eldarovanın vəkili olan Gülnar Nəzərlinin xüsusi rolu var.
İcra zamanı baş verənləri çəkib mətbuata ötürən də məhz Gülnar Nəzərli olub.
Qeyd edək ki, Nuray Bayramzadənin atasına verilməsi işi ilə bağlı məsələ nazir Fikrət Məmmədovun da nəzarətində olub.
Qızın atası Əvəz Bayramov nazirin qəbuluna düşərək bu barədə kömək istəyib. Nazir isə məsələnin dərhal yoluna qoyulması üçün göstəriş verib.
Əslində Nuray Bayramzadənin xalası Mehriban Eldarovaya bu vaxta kimi məhkəmə qərarını icra etmədiyinə görə cinayət işi açılmalı imiş. Amma vəkil xanıma kömək edən sehrli əllər vəziyətin bu həddə qədər gəlib çatmasına yardım ediblər.
Ortada qalan isə ata və psixoloji vəziyyəti pozulan 10 yaşlı qız var...
P.S. Sonda onu da qeyd edək ki, bu arada münaqişə tərəfləri arasında barışıq eldə edilməsi barədə mediada xəbərlər yayılıb.