Ermənistanda gizli atom bombası zavodu var - CİA arxivlərindən şok sənəd
19-01-2017, 22:28
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi yarım əsrlik fəaliyyətinin nəticəsilə bağlı toplanan arxivləri açıqlayıb. 1940-1990-cı illəri əhatə dövrə aid 13 milyon sənəd internetdə yerləşdirilib. Açıqlanan arxivlərdə Vyetnam və Koreya savaşları, soyuq müharibənin gedişatı, vacib elmi araşdırmalar, hətta UNO-ların öyrənilməsilə bağlı materiallar var.
AzVision.az CİA-nın arxiv sənədlərində ölkəmizlə bağlı olan, bizim üçün maraq doğruan materialları hissə-hissə sizə təqdim edəcək.
Dərc etdiyimiz ikinci sənəd CİA-nın 1950-ci hazırladığı “Sovet Ermənistanında atom bombası zavodu” adlı məxfi hesabatdır. Sensasion sənəddən məlum olur ki, SSRİ-nin ilk atom bombası Ermənistanda gizli yeraltı zavodda hazırlanıb.
Bu, çox vacib məsələdir. Yada salaq ki, ötən ilin aprel döyüşlərində məğlubiyyətə uğrayan Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirmişdi. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı hesabatdan sonra həm bu bəyanat, həm də Ermənistandan xaricə nüvə qaçaqmalçılığı tamam başqa mahiyyət alır. Belə ki, bu ölkədə hələ də dünya birliyi, eləcə də MAQATE üçün gizli saxlanılan çox təhlükəli nüvə obyektləri – atom bombası istehsalı zavodu var! Və onun hazırda hansı vəziyyətdə olması haqqında heç bir məlumat yoxdur.
CİA-nın həmin hesabatını yer adlarını olduğu kimi saxlamaqla təqdim edirik:
“Çoxsaylı məlumatlara görə, SSRİ-də atom bombalarının istehsalı gizli polis xidmətinin rəhbəri, Atom Silahının istehsalı üzrə Gizli Komitənin sədri Lavrenti Beriyanın nəzarəti altında həyata keçirilib. Stalin ona limitsiz fəaliyyət azadlığı vermişdi. Onun əmək, pul, maşınlarla bağlı istəkləri dərhal həyata keçirilirdi.
Siyasi Büro ələ keçirilən alman mütəxəssislərindən və ABŞ ilə Kanadadan oğurlanmış gizli məlumatladan istifadə edərək, 1947-ci ildə atom silahını kütləvi şəkildə istehsal etməyi planlaşdırırdı. Bunu Molotov 1945-ci ilin noyabrın 6-da etdiyi çıxışında bildirib.
Sovet mütəxəssislərinin müxtəlif istehsal proseslərini həyata keçirməsi üçün güclü elektrik stansiyalarına ehtiyac vardı. Uralda Çelyabinsk yaxınlığında, Qərbi Sibirdə və Tuva Muxtar vilayətində tikilən bütün “atom şəhərcikləri” hidroelektrik stansiyalarının tikilməsi üçün uyğun olmadığına görə yarasız idi. Beriyanın son seçimi Ermənistanın üzərinə düşür.
Ararat dağının şimal hissəsində dəniz səviyyəsindən 7300 fut yuxarıda Göyçə gölü yerləşir. Bu göldə 60 milyard ton su var və ora irili-xırdalı 28 çay çay axır. Göldən yalnız bir çay - Zəngə axır ki, o da böyük bazalt daşlarının arasından sızaraq, bir neçə şəlalə formalaşdırır. Bu da hidroelektrik stansiyalarının tikintisi üçün idealdır.
Zəngə sisteminin inkişafı 1932-ci ildə başlayıb və 1947-ci ildə artıq ümumi gücü 2 milyon ton olan 10-dan çox elektrik stansiyası var idi. Alagöz dağının şərq hissəsindən Göyçə gölü və Kanair yaylasına qədər çay boyu geniş ərazi SSRİ KQB-nin əsgərləri tərəfindən qorunur. Atom bombası zavodunun bütün bölmələri çayın bazalt sahilində yerləşən 6 mağarada yerləşir.
Bütün işlər Hitler üçün Almaniya və Avstriyada yeraltı zavodlar tikən alman əsirlər tərəfindən görülüb. Mağaralar olduqca dərindir və bütün növ bombalardan qorunur. Burada istifadə olunan qurğuların bir hissəsi yerli zavodlarda yaradılıb, qalanları Almaniyadan gətirilib. 1947-ci ildə işlər tamamlandı. Bundan əlavə, Almaniyadan bura yüksəkgərginlikli qurğular, kabellər və s ləvazimatlar gətirilib.
1948-ci ilin yanvarında Saksoniya və Çexslovakiyadan uran filizlərinin gətirilməsinə başlanılıb. 1948-ci ilin mayında zavod istehsala başladı. Zavodun işləməsi üçün 10-a yaxın hidroelektrik stansiya ilə yanaşı Dzorages, İrəvan I və II elektrik stansiyalarından da güc bura cəlb edilib. Ermənistanın digər sənaye müəssisələri isə minimum elektrik enerjisi ilə işləməyə məcbur olub. Çelyabinsk, Qərbi Sibir və Tuva Muxtar vilayətində olan “atom şəhərləri” isə ekspremential zavod rolun oynayıblar.
Professor Arakelyan adlı şəxs atom stansiyalarının texniki və elmi rəhbəri olub. O, ermənidir, Mikoyanın sinif yoldaşlarından biridir. Stalin ona etibar edirmiş.
Bundan əlavə, SSRİ-nin müxtəlif platon-uran zavodlarında və təcrübi stansiyalarında iki gizli mərkəz var ki, orada kosmik şüalar və onların hərbdə tətbiqi öyrənilir. Bunlardan birinə professor P.Kapitsa rəhbərlik edib. Bu mərkəz Uralda, təxminən Maqnitoqorskdan 100 kilometr şimalda yerləşib. Bu, təcrid olunmuş olunmuş şəhərdir, onun böyük bir hissəsi yerin altında yerləşir.
Professor Aleksandr Jdanovun rəhbərlik etdiyi digər mərkəz Pamir dağlarında yerləşir. Jdanov Alagöz dağında günəş tutulmasının müşahidəsi, kosmik şüalarının xarakterinin öyrənməsi ilə məşhurdur. 1939-cu ildə bununla bağlı nəşr etdiyi məqaləsinə görə Lenin ordenilə mükafatlandırıb, həmçinin iki dəfə Stalin mükafatı alıb.
İlk Sovet atom bombasının istehsalı Zəngədə 1949-cu ilin fevralında başa çatdırılıb və 10 iyul 1949-cı ildə Qərbi Uralda Manqışlaq yarımadasında sınaqdan keçirilib. London və Vaşinqton 23 sentyabrda atom silahının sınaqdan keçirilməsi xəbəri yayılıb”.