"Artur Rasizadənin məktubu əsasında ruslar Azərbaycana qoşun göndərib" - Hafiz Hacıyevdən şok açıqlama

20-01-2017, 22:31           
"Artur Rasizadənin məktubu əsasında ruslar Azərbaycana qoşun göndərib" - Hafiz Hacıyevdən şok açıqlama
"20 yanvarı törədənlər hazırda ölkəmizdə vəzifədədir"

Bu gün partiyamız Şəhidlər xiyabanına gedərək azadlığımız uğrunda canlarından keçmiş şəhidləri ziyarət edib.

Bunu moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, 20 yanvar hadisələrinin iştirakçısı olub:

“Həmin günləri çox gözəl xatırlayıram. Etibar Məmmədov, Pənah Hüseynlə biz küçələrdə idik. Prezident Aparatının qabağında büyük bir izdiham var idi. Biz bilirdik ki, Artur Rasizadənin məktubu əsasında ruslar Azərbaycana qoşun göndərib. Biz insanları prezident aparatı ətrafından uzaqlaşdırmaq üçün nə qədər çağırış etsək də insanlar bizə qulaq asmadı. Xalqın milli əzmi o qədər güclü idi ki, xalqımız tankların önündən geri çəkilmədi. Xalqımız ölümün gözünə dik baxdı. Sapı özümüzdən olan baltalar rus qoşunlarını ölkəmizə dəvət edərək insanları qırğına verdi. Bəzi insanlar deyir ki, Sovet hökuməti öz-özünə dağılacaqdı. Amma bu qəti olaraq belə deyil. Ruslar bu birliyi saxlamaq üçün hər şeyə əl atdılar. Amma sonunda gördülər ki, 20 yanvardan dərhal sonra Bakıda küçəyə 2 milyona yaxın adam çıxdı. Rusların 2 variantı qalmışdı. Ya bu 2 milyonu öldürmək, ya da çıxıb getmək. Onlar xalqa məğlub olub 2 ci variantı seçdi. Bu hadisə SSR-də dərin çatlar yaratdı, nəticədə də xalqlar müstəqilliklərinə qovuşdu.

Parlamentimizin tərkibinə baxanda görürük ki, orada olan insanların bir hissəsi keçmiş komunistlərdir. İndi maskalanıb özlərini YAP üzvü kimi qələmə verirlər. Bu insanlar qardaşım İlham Əliyevə xəyanət edir.

20 yanvar hadisələrində Heydər Əliyev çox böyük fədakarlıqlar göstərdi.

20 yanvarı törədənlər hazırda ölkəmizdə vəzifədədir. Bu şəxslər hazırda Azərbaycanı yenidən soyqırıma məruz qoyurlar. Heç nə dəyişməyib. O vaxtı Heydər Əliyevə xəyanət edən komunistlər indi İlham Əliyevə, xalqa xəyanət edir. İlham Əliyev bilməlidir ki, xəyanətkarların 60% i hal-hazırda onun ətrafındadır. Xalq arasında böyük narazılıq yaradırlar. Xalqı meydanlara tökmək üçün canfəşanlıq edirlər. Məndə Əli Həsənovun Sumqayıtda Heydər Əliyevin ünvanına dediyi sözlərin video kaseti var. Yaxınlarda bunu ictimaiyyətə yayacam. Qazax rayonunun böyük bir ərazisini ermənilərə verən Şamil Rəsulzadə, Artur Rəsulzadənin əmisidir. Bütün bu faktlar açılmalıdır. Biz bu gün şəhidlərin ruhu qarşısında günahkarıq. Amma biz imkan verməyəcəyik ki, ölkəmizdə növbəti dəfə belə faciələr yaşansın, komunistlərə qarşı apardığımız mübarizədə qalib gələrək şəhidlərimizin ruhunu şad edəcəyik.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.