Rauf Arifoğlu "Yeni Musavat"-a yönələn ittihamlara cavab verdi
15-07-2017, 13:24
teref.az olaraq Rauf Arifoğlunun ev bölgüsü ilə bağlı "Yeni Musavat" qəzetinə qarşı irəli sürülən ittiuhamlara cavabını oxuculara təqdim edirik:
Kimin nə məsələsi olur, mütləq Yeni Müsavatı öz probleminə qatmalıdır)))
Məsələ qaldırıblar ki, bizim qəzetin əməkdaşlarına ev verilməməlidir, çünki qəzetimizin üzərində çoxsaylı məhkəmə qərarları var. Hansılar ki, icra olunmayıb.
Ağ yalandır. Yox elə bir şey. Son 3 ildə heç olmadı! Lakin bunları söyləmədən, bir həmkar kimi, 30 saniyəyə məsələni dəqiqləşdirə bilərlər, ən azından, bizdən də münasibət ala bilərlər və almalıdırlar da! Amma etmirlər. Özlərinin davasında əllərindəki arqumentləri bizim adımızla gücləndirməyə çalışırlar; lakin dərhal da yalanları ortaya çıxır.
"Yeni Müsavat" qəzetindən adları komissiyaya verilən yazarlar ölkənin ən tanınan və dövlətdən nəsə almağı ən çox haqq edən imzalarıdır. Kaşki, onlara, bir sahibkar olaraq, özüm ev tikib, paylaya biləydim. Lakin mən bunu edəmmirəm və hazırda bu işi Dövlət Baba edir. Nə gözəl!
Kimdir, bizimkilər? Bir daha xatırladım. Azərbaycan mediasının ən parlaq, ən effektiv imzaları. Mənim qardaşlarım! Bioloji bağlarımız yoxdur, lakin biz bir birimizə doğmadan da yaxınıq:
Zahid Səfəroğlu - 20 ildir mediada və "Yeni Müsavat"dadır
Elshad Pashasoy - 17 ildir mediada və "Yeni Müsavat"dadır
Xalid Kazimli 21 ildir mediada və Yeni Müsavatdadır
Elshad Memmedli - 15 ildən artıqdır mediada və 10 ildir "Yeni Müsavat"dadır
Elchin Xalidbeyli, 20 ilə yaxındır mediada və 5 ildən çoxdur (daha əvvəllər də bir neçə il bizdə çalışıb) "Yeni Müsavat"dadır.
Müstəqil olaraq, fərdi qaydada Aygün Muradxanlı öz namizədliyini verib. Ən azı, 22 ildir mediadadır və bu illərin də böyük hissəsini "Yeni Müsavat"da çalışıb.
Bizim namizədlər onlar və biz onlarla qürur duyuruq. Amma kimlərsə qərəz duyaraq, öz həmkarlarına, adları çəkilən bu insanlara zərər yetirmək, onların ev alma imkanını qapatmaq istəyir. İşverənliyə oxşayır: bəyan edirlər ki, "Yeni Müsavat"ın üzərində icra olunmamış məhkəmə hökmləri var və buna görə də bu qəzetin əməkdaşlarına ev veriləməz!
Sonuncu məhkəmə davalarımız Səfər Əbiyev və 9 generalına qarşı olub. İllərlə çəkişdik, sonunda Əbiyevi də, onun genelallardan ibarət mafiyasının da çöküşünü manşet olaraq yazdıq. Biz, ümumiyyətlə, bu 28 ildə (mövcudluğumuzun tarixi) o qədər qərəzkarlarımızı, bədxah və düşmənlərimizi yola salmışıq ki, deyiləcək deyil. Kimilərini o biri dünyaya, kimilərini tarixin arxivinə, kimilərini də cəmiyyətin künc-bucağına, bir qismini də həbsxanalara.
Amma öz həmkarlarımızdan biriləri çıxıb, özlərinin balaca davaları üçün qos-qoca qəzeti şərləyirsə, onun əməkdaşlarına pislik eləmək istəyirsə, təbii ki, üzülürük. Müraciət etsələr, onların davalarının haqlı tərəflərini mən də müdafiə edərdim. Lakin yox, bunlar şərləməyə elə alışıqlar ki, qarşılarındakı dost da, düşmən də, həmkar da olanda eyni leksikon və davranış sərgiləyirlər.
Mediada olduğum son 28 ildə hələ bir siyasətçi, elə bir həmkar, elə bir ictimai fiqur görmədim ki, "Yeni Müsavat"la çəkişə və xeyir tapa! Böyüyə, güclənə, üstəlik, qalib gələ! Tam tərsinə, bizimlə düşən və düşmənləşən hər bir kəs bu və ya başqa şəkildə zərərdədir. Dost olanlarsa, bzim gücümüz qədər böyükdürlər, güclüdürlər...
Bu həqiqəti gənclər də anlasa yaxşı olar. İstər mediadakı, istərsə, siyasət və ictimai həyatdakılar.
Yazı Rauf Arifoğlunun səhifəsindən götürülüb!
teref.az