Bakıda məşhur taksi şirkəti müştərini yolda qoydu - GİLEY
2-11-2017, 19:01
Bakıda taksi şirkətlərindən şikayətlərin sayı hər keçən gün daha da artır.
AZXEBER.COM xəbər verir ki, tanınmış telejurnalist Günay Yelmarqızı 99-33 taksi şirkətinin məsuliyyətsiz və laqeyid xidmətindən gileylənib.
O başına gələnləri belə şərh edib: "Səhər tezdən uşağı məktəbə aparmaq üçün taksi sifariş etmişdik. 15-20 dəqiqə sonra mesaj gəldi ki, filan nömrəli taksi sizi gözləyir. Taksi sürücüsünün telefon nömrəsi də qeyd olunmuşdu mesajda. Düşdük həyətə, gördük ki, maşın yoxdur. Taksi sürücüsünə zəng edib sizi gözləyirik dedikdə heç gözləmədiyim cavab eşitdim "Mən sizin sifarişdən imtina edib, başqa sifariş üçün gəlmişəm və bu haqda operatora məlumat vermişəm".
Yenidən operatorla əlaqə yaratdığını deyən xanım jurnalist cavab olaraq bunları eşidib: "Bizdə belə şeylər olur"
Jurnalist Gəray Qiyasov isə adıçəkilən şirkət haqda bu sözləri yazıb: 9933 - taxi xidməti deyil, komediyadır. Bir dəfə Səedət Sarayı tərəfdə sifariş verdim. 20 dəqiqə sonra operatora zəng elədim. Qayıtdı ki, "Siz zəng edib, sifarişdən imtina etmisiz!" Dedim, "Ay başına dönüm, bir bax gör bu nömrədən zəng gəlib?" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina edə bilərəm mən? Axı zəng eləməmişəm?! Operator: ERROR... Sonra dedilər ki, "Göndəririk"...
20 dəqiqə sonra bir də yığdım... Operator: "Sizə maşın təyin etmişdik. Sürücü zəng elədi ki, müştəri sifarişdən imtina edib!" Dedim, "Ay xanım, siz bəyəm mənə sürücünün nömrəsini göndərmişdiz ki, bir ona da zəng eliyib, imtina edim?!" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina eləmişəm?! Operator: ERROR... Sonra "göndəririk"... yarım saat sonra taksi gəldi...
*** İkinci hadisə: "Montin"dən evə gedirəm, 9933-ə zəng elədim... 20 dəqiqə sonra taksi gəldi, mindim. 10 dəqiqə sonra başqa nömrədən zəng gəldi: "Salam. taksi sifariş eləmisiz. Mən burdayam!" Bu dəfə mən ERROR... "Qardaş, mən artıq taksi ilə evə gedirəm eee. Bunlar neçə nəfəri göndəriblər?!" Bu vaxt mindiyim taksinin sürücüsü: "Qardaş, bu yaxşıdı eee. O gün bir sifarişə 3 dənə taksi göndərmişdilər!"
Qeyd edək ki, 99-33 taksi xidmətindən istifadə edən müştərilər bu xidmətdən tez-tez narazı qalır və məsiliyyətsiz, kobud sürücülərlə rastlaşdıqlarını qeyd edirlər.