Sırada ODUR? - İDDİA
13-12-2017, 17:51
Son günlər həyata keçirilən islahatlar nəticəsində bir neçə nazir postunu itirməli oldu. Hazırda kadr islahatları davam etdirilir.
10may.az saytına daxil olan məlumata görə maliyyə naziri Samir Şərifov da hesabat verməli olacaq. Belə ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev həbs olunandan sonra onun vasitəsilə yaradılan bir çox şirkətlər Samir Şərifovun yaxın çevrəsinə həvalə edildi. Amma Cahangir Hacıyevin daha ciddi problemlərlə üzləşməsi üçün dəyəri milyonlarla manat həcmində olan bu şirkətlərin süni şəkildə çökdürüldüyü iddia edilir. Məlumata görə, bununla bağlı hətta keçmiş bankir, lazımi dairələri məlumatlandıra bilib. Düzdür, dəfələrlə nazrlik bunu rəsmi şəkildə təkzibləyib. Amma deyəsən, bu dəfə məsələ daha ciddi şəkil alıb və çökdürülən şirkətlərin maliyyə qaynaqları yenidən araşdırılır. İddialar təsdiqini taparsa Samir Şərifovun vəziyyəti yaxşı olmayacaq. Başqa sözlə, Samir Şərifov kadr islahatlarından kənarda qala bilməyəcək. Çökdürülən şirkətlərin siyahısını isə yaxın günlərdə nəzərinizə çatdıracağıq.
P.S. Qarşı tərəfin mövqeyini yaymağa hazırıq.