Ermənilər Laçın “dəhlizi”ni Azərbaycana “icarəyə vermək” istəyib - “KarabakhTV” (VİDEO)

3-01-2018, 01:36           
Ermənilər Laçın “dəhlizi”ni Azərbaycana “icarəyə vermək” istəyib - “KarabakhTV” (VİDEO)
Azərbaycan torpaqlarının işğalından sonra Xankəndində qondarılmış separatçı-terrorçu rejim rəhbərliyi 1997-ci ildə “Laçın dəhlizi” adlanan Şuşa və Laçından keçməklə Xankəndi ilə Ermənistanı birləşdirən avtomobil yolu və ətrafındakı bir neçə km-lik zolağı guya öz ərazisi kimi rəsmi Bakıya “icarəyə verməyə” təşəbbüs göstərib.

teref.az bu haqda “KarabakhTV” –yə istinadla xəbər verir. Belə ki, 1997-ci ildə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı beynəlxalq təşkilatlar “Laçın dəhlizi”ndə sülhməramlı qüvvələr yerləşdirilməsi təşəbbüsü ilə çıxış ediblər. Lakin ermənilər bunu ərazinin faktiki olaraq birdəfəlik Azərbaycan qaytarılması kimi qiymətləndirərək imtina edib. Əvəzində separatçı-terrorçu rejim sanki öz hüquqi ərazisi kimi “Laçın dəhlizini” 99, yaxud 100 illiyə “icarəyə verməyə” razı olduğunu bildirib. Bu haqda o vaxtkı rejim rəhbəri Arkadi Qukasyan da müsahibəsində bildirib.

Xatırladaq ki, Laçın rayonunun mərkəzi və xeyli ətraf kənd 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri tərəfindən işğal edilib. 1992-cilin iyul-oktyabr aylarında Azərbaycan ordusu Kəlbəcər və Qubadlı istiqamətlərindən hücuma keçərək Laçın rayon mərkəzini işğaldan azad etməyə çalışıb.

Lakin hakimiyyət uğrunda mübarizə aparan daxili qüvvələrin hərbi-siyasi təxribatları, eləcə də Rusiya tərəfinin dəstəyi sayəsində uğurla başlanmış əməliyyat hər iki istiqamətdən Laçına cəmi 2-3 km qalmış dayandırılıb. 1993-cü il martın sonu aprelin əvvəlində Kəlbəcər rayonunun, həmin ilin avqustun 31-də isə Qubadlı rayonunun işğalından sonra Laçın rayonu da bütövlükdə işğal edilib. Ermənistan xaricdəki xeyriyyəçi ermənilərin maliyyə dəstəyi ilə 1997-ci ildən başlayaraq təxminən 12 mln. dollar xərcləyərək Şuşa-Laçın avtomobil yolunu yüksək səviyyədə təmir edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.