1 ay sonra ABŞ Rusiyaya ÖLÜMCÜL ZƏRBƏ ENDİRƏCƏK: on minlərlə rus... - FOTOFAKT
6-01-2018, 13:37
ABŞ-ın ən güclü sanksiyalarının qurbanı olacaq Rusiya oliqarxlarının siyahısı yanvarın 30-na qədər açıqlanacaq.
TEREF.İNFO xəbər verir ki, bu haqda şəxsi mənbələrinə istinadən “Komsomolskaya Pravda” nəşri yazıb.
Qeyd edilir ki, “bəxtəvərlər”in siyahısının açıqlanması Rusiyadakı prezident seçkiləriləri üzrə kampaniyanın qızğın dövrü ilə üst-üstə düşəcək.
“Düşünürəm ki, Vaşinqton bununla hakimiyyət və böyük biznesin nümayəndələri arasında düşmənçilik yaratmaq üçün Rusiya elitalarına müəyyən siqnal göndərir. Bu, xüsusilə strateji sahələrə təbii resursların çıxarılması, sənaye və mediaya aiddir”, - nəşrdə deyilir.
Nəşr yeni sanksiyaların potensial fiqurantlarının siyahısını və onların sərvətlərinin həcmini də dərc edib.
Rusiyanın “İzvestiya” nəşri daha əvvəl üç mənbəyə istinadən “yazıb ki, ABŞ 2018-ci il fevralın ilk günlərində Rusiyaya qarşı sanksiyaların növbəti paketini açıqlayacaq.
Sanksiyaların miqyası əvvəlkiləri gözəçarpacaq dərəcədə üstələyəcək. Mənbələr bildirirlər ki, söhbət Konqres tərəfindən qəbul edilmiş və 2017-ci il avqustun 2-də ABŞ prezidenti Donald Tramp tərəfindən bəyənilmiş 3364 saylı sanksiya qanununa (CAATSA) əlavələrdən gedir.
Nəşrin məlumatına görə, sənədin rəsmi hissəsindən başqa, ictimaiyyət üçün açıqlanmayacaq siyahı üzərində iş gedir. Siyahının olduqca geniş olacağı bildirilir.
“Bu siyahıya Rusiya vətəndaşlarının bir neçə yüz soyadı daxil ediləcək. Onlara qarşı sanksiyalar tətbiq olunmayacaq. Amma sənəd avropalılara siqnal olacaq ki, bu insanlarla əməkdaşlıq etmək arzuolunmazdır”, - həmsöhbətlərdən biri deyib.
Onun sözlərinə görə, siyahıya Rusiya biznesmenləri, ictimai xadimlər və dövlət mükafatları alan Rusiya vətəndaşları düşə bilərlər. Siyahı yalnız ABŞ-ın partnyorları və Avropadakı müttəfiqləri arasında yayılacaq.
“Rosbalt” agentliyi isə şəxsi mənbələrə istinadən Rusiyanın xüsusi xidmət orqanlarının Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlıqla bağlı Avropa ölkələri və bir sıra başqa dövlətlərdə ABŞ-ın maliyyə kəşfiyyatının görünməmiş fəallığını qeydə aldığını yazmışdı.
Agentliyin məlumatına görə, söhbət on minlərlə rusiyalıdan, ilk növbədə dövlət şirkətlərinin işçiləri, məmurlar, onların yaxın və uzaq qohumlarından gedir. Vaşinqtonda onların bank hesabları, mülkləri və istənilən başqa aktivləri ilə maraqlanırlar.
Amerika maliyyə kəşfiyyatının fəallığı Rusiyanın ABŞ-dakı seçkiləri müdaxiləsinə dair Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırması və Senatın hazırladığı məruzə ilə birbaşa bağlıdır.
“Bizdə məlumatlar var ki, siyahı görünməmiş ölçüdə olacaq. ABŞ-da bəziləri az qala Rusiyanın 50 min vətəndaşına qarşı sanksiyaların tətbiq edilməsini təklif edirlər. Görünür, bu, Rusiyadakı prezident seçkiləri ərəfəsində (2018-ci ilin martında keçiriləcək – red.) ABŞ-ın xüsusi demarşı olacaq”, - Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirib.
Xatırladaq ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi haqqında rəsmi araşdırma 2017-ci ilin martından aparılır. Araşdırmanın materiallarının bir hissəsi məxfiləşdirilib və dövlətin təhlükəsizliyinin qorunması məqsədilə bu informasiyalar açıqlanmayacaq. Yalnız araşdırmanın nəticələri dərc olunacaq./publika/