Azərbaycan səfiri marşal Konevə görə etiraz edir

6-01-2018, 20:59           
Azərbaycan səfiri marşal Konevə görə etiraz edir
Postsovet ölkələrindən olan bir qrup səfir Çexiya XİN-ə müraciət edərək Praqada sovet Qırmızı Ordusunun arşalı İvan Konevin abidəsi üzərində onun tarixdəki mənfi rolundan bəhs edən lövhənin vurulmasına etiraz edib. Çexiya KİV-i xəbər verir ki, onların arasında Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyev də var.

Çexiya XİN-in təmsilçisi bildirib ki, etiraz Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Azərbaycan səfirləri tərəfindən göndərilib. Onlar xarici işlər naziri Martin Stropnitskinin ünvanına açıq məktub göndəriblər. “Problemlə bağlı açıq məktub vasitəsilə müraciət etmək bizi təəcübləndirib. Biz də həmin formada cavab verəcəyik, ancaq cavab məktubunun dəqiq məzmununu hələlik təqdim etmirik”-Çexiya XİN-in mətbuat katibi İrina Valentova bildirib.



XİN rəsmisi deyib ki, onların səfirlərin etiraz məktubuna cavabı təxminən bundan əvvəl-ötən ilin noyabrında Rusiya səfirliyinin təqdim etdiyi etiraz notasına verilmiş cavab kimi olacaq. Həmin cavabda deyilirdi ki, marşal Konevin abidəsi Praqanın 6-cı dairəsinin əmlakıdır və məhz həmin rayonun meriyası abidəyə dair sərəncam vermək hüququna malikdir.

Səfirlərin etiraz məktubu isə neçə gündür ki, Rusiyanın Praqa diplomatik təmsilçiliyinin saytında yerləşdirilib. Məktubda deyilir ki, abidənin üzərinə vurulması planlaşdırılan lövhə “tarixi yenidən yazmaq cəhdlərinin” tərkib hissəsidir.



“Biz Praqa rayonunun rəhbərliyinin bu addımını abidənin əhəmiyyətini azaltmağa yönəlmiş hərəkət hesab edirik. Konevin abidəsi Praqa sakinlərinin şəhəri azad edənlərə minnətdarlığının rəmzidir”-səfirlərin məktubunda deyilir.

Praqa meri Ondrey Kolar isə bildirib ki, o, bəzilərinin keçmişin səhvlərinin düzəldilməsinə yönəlmiş səylərdən özünü təhqir olunmuş hesab etmələrini anlamır. Merin sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı səhvə yol verir. Çünki abidə Praqanın 6-cı dairəsinin mülkiyyətidir. Abidənin saxlanılmasına və qayğısına qalınması ilə onlar məşğul olur. “Ona görə də rayon rəhbərliyi abidə ilə bağlı nə etmək barədə qərar vermək səlahiyyətinə malikdir. Rusiya Çex respublikasının daxili işlərinə müdaxiləyə görə üzr istəməli, bu cəhdlərə son qoymalıdır”-mer deyib.



Görkəmli sovet sərkərdəsi marşal İvan Konev (1987-1997) İkinci dünya müharibəsi zamanı Praqanın, Polşanın bir hissəsinin və şərqi Almaniyanın alınması əməliyyatlarına komandanlıq edib. O, habelə 1956-cı ildə Macarıstanda başlamış anti-sovet üsyanının yatırılmasına rəhbərlik edib, 1968-cı ildə sovet qoşunlarının Çexoslavakiyaya yeridilməsi ərəfəsində hazırlıq və kəşfiyyat işləri aparıb.Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.