Jurnalisti döyüb təhdid etdilər....

11-10-2016, 04:00           

teref.az saytının əməkdaşı Tumar Həsənova 3 nəfər idmançı görkəmli şəxslər hücum ediblər. Gecə vaxtı evə qayıdan jurnalistin başına torba atıb bərk döyüblər.
Tumar bəyin dediklərindən:
Axşam saat 10 radələrində evə qayıdırdım. Bloka girəndə blok qaranlıq idi.Nəsə bir hənirti hiss etdim.Lakin fikir vermədim və bu zaman arxadan başıma torba atdılar. Amma hiss etdim ki, 3 nəfər məni vurur. Vurduqcada deyirlər ki, “Birdə yazsan bundanda pis günə qoyacağıq. Uşaqlarına yazığın gəlsin. Bu sənə dərsdir!Bir yerə şikayət etsən uşaqlarının başına oyun açarıq.”
Tumar bəy deyir ki, necə gündür elə bil arxasınca kimlərinsə gəldiyini hiss edirdi.lakin fikir vermirdi. Bu gün redaksiyadan çıxanda qarşı səkidədə 3 nəfər idmançı görkəmdə oğölanları gördüyünü deyir. O onları çayçıdan çıxan zamanda görüb. Ona elə gəlir ki, bu elə onu döyənlərdirlər.
Polisə müraciət etsədə, bölmədə ona: “Yazma deyirlər, yazmada...” deyərək başlarından rədd ediblər.
teref.az olaraq polis bölməsindən bu hadisə haqqında niyə ölçü götürülmədiyini soruşanda, ordan belə cavab aldı:
“İş elə gətirib ki, o ərazidə heç bir video kamera yoxdur və sübut kimi ancaq Tumar bəyin sözləri polisi qane etmir. “
Bu özünü polis leytenantı Məmmədov kimi təqdim edən növbətçinin bizə verdiyi məlumat idi.
Onuda qeyd etmək istəyirik ki, Tumar bəy bir necə gün bundan əvvəl mitinqdə öz vəzifə borcunu yerinə yetirərkəndə polis tərəfindən həbs edilmişdi!
teref.az olaraq biz bu işi özbaşına buraxan deyilik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.