Vəkillər Kollegiyası yeni inzibati binada fəaliyyət göstərəcək –Ünvan açıqlandı

18-02-2018, 23:57           

Vəkillər Kollegiyasının Rəyasət Heyəti fevralın 19-dan fəaliyyətini yeni inzibati binada – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Kollegiyanın Rəyasət Heyətindən AZƏRTAC–bildiriblər ki, müasir standartlara cavab verən yeni inzibati binada Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri şəraitlə təmin olunub.

Bundan əlavə, yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün də lazımi şərait yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru